Gündəm

Qazax sakini Kürdə batıb

6 İyul 2017 13:01

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Qazax rayonu, Birinci Şıxlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olmuşdur. FHN-dən “Olaylar”a verilən məlumata görə, dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunmuş və vətəndaşın axtarışına başlanılmışdır. Əlavə məlumat veriləcək.

Nazirlik dəhşətli yol qəzası barədə məlumat yaydı

6 İyul 2017 12:59

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda “Shacman” markalı yük avtomobili ilə “Daewoo” markalı minik avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olmuşdur. FHN-dən “Olaylar”a verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfərin cəsədini çıxarmış və aidiyyətı üzrə təhvil vermişlər. Əməliyyat saat 00:29-da başa çatmışdır.

Bu verilişə qatılanlar sonda boşanır. Diqqətli olun" - ŞOK PROQNOZ

6 İyul 2017 12:58

Aktyor Bekir Aksoy 2013-cü ildə ailə həyatı qurduğu Derya Çavuşoğlundan boşanıb.  Aksoy "Həyat yoldaşım lazım olan açıqlamanı edər" deyib. Çavuşoğlu şiddət gördüyü haqda iddiaları rədd edərək "Baxdıq ki, iş hörmətsizliyə doğru gedir, qarşıda daha pis olmamaq üçün evliliyimizi erkən bitirdik" açıqlamasını verib. 

Nazarbayev adının aeroporta verilməsinə etiraz etdi

6 İyul 2017 12:56

Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astanadakı beynəlxalq hava limanının adının dəyişdirilərək onun şərəfinə adlandırılması qərarına etiraz edib. Prezident hökumətin bu təklifinə qəti şəkildə etiraz edib. O, bu kimi hallara müsbət yanaşmadığını bildirib: "Bu, mənim təşəbbüsüm deyil. Mən həmişə bunun əleyhinəyəm. Yəqin ki, insanlar qiymətləndirirlər. Mən buna görə minnətdaram".

İran saytı Ermənistana: “Uşaqları qətlə yetirən vəhşi rejim”

6 İyul 2017 12:55

İranın “Yol Press” saytı Ermənistanın Füzuli rayonunun Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində 2 yaşlı Azərbaycan vətəndaşı Zəhra Quliyevanın öldürülməsi haqqında yazıb. Yazıda Ermənistan hökuməti “uşaqları qətlə yetirən vəhşi rejim” adlandırılıb. Qeyd olunub ki, işğalçı Ermənistanın silahlı bölmələri atəşkəsi pozaraq Azərbaycanın dinc əhalisini hədəfə alır.

Musa Qasımlı: “Təcavüzkarın vəhşi hərəkəti cavabsız qalmayacaq” 

6 İyul 2017 12:53

"İşğalçı Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə mülki əhalini hədəf alması, xüsusən, Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadın və azyaşlı qız uşağını vəhşicəsinə öldürməsi bu qondarma dövlətin təcavüzkar, terrorçu mahiyyətindən xəbər verir və əsl vəhşilikdir”. Bunu millət vəkili Musa Qasımlı deyib.

Monteneqronun dövlət idarəçiliyi naziri Azərbaycanda

6 İyul 2017 12:51

Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Səfərin əsas məqsədi dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə kimi “ASAN xidmət” modelinin Monteneqroda tətbiq edilməsi imkanları, qarşılıqlı əməkdaşlığın müzakirə edilməsidir. “ASAN” xidmətdən “Olaylar” – a bildirilir ki, səfər çərçivəsində Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviçin rəhbərlik etdiyi nümayəndə heyəti 3 və 5 saylı Bakı “ASAN xidmət” mərkəzləri, Səyyar ASAN xidmət, “ASAN radio”, “ASAN Təlim-tədris mərkəzi” və “ABAD” Sənətkarlıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

O məktub yadınızdadır?...

6 İyul 2017 12:52

“Cənab prezident sizə qarabağ məktəblisi olan Adelin Avaqemyan yazır. Mən bu məktubu yazmaq barədə heç kim bilmir. Çox fikirləşdim yazım yoxsa yox. Qərara gəldim ki yazım. Mən Stepanakertə anadan olmuşam burda da yaşayıram.

Beynəlxalq təşkilatların səssizliyi fonunda davam edən erməni vandalizmi

6 İyul 2017 12:49

Ermənistanın cəbhə xəttində həyata keçirdiyi son təxribat hadisəsi və mülkü vətəndaşları qətlə yetirməsi bu ölkənin mahiyyətini bir daha ortaya qoymuş oldu. İyulun 4-də baş vermiş məlum hadisə zamanı 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin erməni gülləsinə tuş gələrək həyatını itirməsi Azərbaycan cəmiyyətində ciddi şəkildə etiraz doğurub. Xüsusilə cəmiyyətin gənc təbəqəsi Ermənistanın bu təxribatını qəti şəkildə pisləyərək beynəlxalq ictimaiyyəti işğalçı ölkəyə qarşı qəti və ciddi addımlar atmağa çağırıb. Hadisə baş verən andan müxtəlif gənclər təşkilatları etiraz bəyanatı yayaraq beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıblar.

Terror Ermənistanın dövlət siyasətinə çevrilib

6 İyul 2017 12:47

Son hadisələr bir daha göstərdi ki, Ermənistan qətiyyətlə Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində maraqlı deyil və İrəvan imkan düşdükcə cəbhə xəttində vəziyyəti gərginləşdirməyə, bununla da hərbi əməliyyatların aktiv fazaya qədəm qoymasına maraqlıdır. Əks təqdirdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 15-də Avstriyada bir araya gələcəyi ərəfəsində İrəvan yeni bir təxribata əl atmazdı. Ümumiyyətlə, Ermənistan hər dəfə danışıqlar ərəfəsində cəbhədə vəziyyəti planlı şəkildə gərginləşdirir ki, sülh danışıqları nəticəsiz qalsın və heç bir effekt verməsin.

Cəzasızlıq ermənilərin vandalizm aktlarını davam etdirməyə zəmin yaradır

6 İyul 2017 12:45

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur.

Ermənistan odla oynayır

6 İyul 2017 12:41

İyulun 4-də ermənilərin növbəti təxribatı nəticəsində 2 yaşlı Zəhra və digər mülkü vətəndaşın qətlə yetirilməsi Azərbaycandan kənarda da ciddi narahatçılıq və təşviş yaradıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın son təxribat hərəkətlərinə öz etiraz səslərini ucaldıb, sivil dünyanı erməni vandalizminə qarşı qəti şəkildə hərəkətə keçməyə çağırıblar.

Qızmar günəş şüalarının təsirindən necə qorunmalı?

6 İyul 2017 12:39

Yay mövsümündə havanın və xüsusilə də dəniz suyunun hərarətinin yüksək olması çimərliklərə gedən insanların sayının artmasına səbəb olub. Günün çox hissəsini qızmar günəş altında çimərlikdə keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə insanları gün və isti vurma kimi real təhlükələrlə üzləşdirir. Əhalinin belə təhlükələrdən müdafiəsi məqsədilə məlumatlandırma işinin genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, gün və isti vurma halları - insan orqanizminin həddindən artıq qızması nəticəsində baş verir. Bu cür hallara ən çox uşaqlar, kök insanlar, ürək-damar və endokrin (daxili ifrazat) xəstəliklərindən əziyyət çəkənlər məruz qalır. Son zamanlar günəş ildən-ilə daha çox ultrabənövşəyi şüalar saçdığına görə gün və isti vurma faktları geniş vüsət alıb.

Milli Qeyri Hökumət Təşkilatları Forumunun (MQF)  Hüquq  Mərkəzinin bəyanatı

6 İyul 2017 12:35

2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Fizuli rayonun Alxanlı kəndi 82 və 120 millimetirlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Səbinə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Ərdoğan ABŞ-ı ittiham etdi: "Silahı geri almayacaq"

6 İyul 2017 12:33

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG terror təşkilatına verdiyi silahları müharibə bitdikdən sonra geri alacağına inanmadığını söyləyib. Prezident bu sözləri “Fransa 24” telekanalına müsahibəsində deyib.