Ərdoğan ABŞ-ı ittiham etdi: "Silahı geri almayacaq"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG terror təşkilatına verdiyi silahları müharibə bitdikdən sonra geri alacağına inanmadığını söyləyib. Prezident bu sözləri “Fransa 24” telekanalına müsahibəsində deyib. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın YPG terror təşkilatına verdiyi silahları müharibə bitdikdən sonra geri alacağına inanmadığını söyləyib. Prezident bu sözləri "Fransa 24" telekanalına müsahibəsində deyib. O bildirib ki, ABŞ-ın dəstək verdiyi terror təşkilatları Türkiyə üçün təhdiddir: "PYD və YPG təhlükəsi hər an Türkiyəni hədələyir. Bu iki qruplaşmadan biri PKK-nın siyasi, digəri isə terrorçu qoludur. Bu qruplaşmaların PKK ilə iş birliyi içində olduğunu sənədlərlə, sübutlarla isbat etmişik. Lakin dostumuz ABŞ bunu hələ də anlamaq istəmir". Ərdoğan ABŞ-ın bu silahları daha sonra geri alacağı iddiasının tamamilə yalan olduğunu və həmin silahların həmişəlik terrorçularda qalacağını da söyləyib. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31