Ermənistan odla oynayır

İyulun 4-də ermənilərin növbəti təxribatı nəticəsində 2 yaşlı Zəhra və digər mülkü vətəndaşın qətlə yetirilməsi Azərbaycandan kənarda da ciddi narahatçılıq və təşviş yaradıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın son təxribat hərəkətlərinə öz etiraz səslərini ucaldıb, sivil dünyanı erməni vandalizminə qarşı qəti şəkildə hərəkətə keçməyə çağırıblar.

Səfər Karakoyunlu: "Türk millətinin səbri daşmaq üzrədir "

Cavid Aydın: "Azərbaycan atəşkəsə birtərəfli olaraq son verməlidir"

İyulun 4-də ermənilərin növbəti təxribatı nəticəsində 2 yaşlı Zəhra və digər mülkü vətəndaşın qətlə yetirilməsi Azərbaycandan kənarda da ciddi narahatçılıq və təşviş yaradıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın son təxribat hərəkətlərinə öz etiraz səslərini ucaldıb, sivil dünyanı erməni vandalizminə qarşı qəti şəkildə hərəkətə keçməyə çağırıblar.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən də Füzuli rayonunun Alxanlı kəndinə edilən hücum və nəticədə mülkü vətəndaşların qətlə yetirilməsi etirazla qarşılanıb. Eskişehir Azərbaycanlılar Dərnəyinin Rəhbəri Cavid Aydın baş vermiş məlum hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd edilir ki, Azərbaycan türklərinə qarşı 2 əsrdir davam etdirilən işğal və soyqırıma qarşı hər keçən gün bir yenisi əlavə olunur: "Uzun illərdir işğal altında olan Azərbaycanın tarixi Dağlıq Qarabağ ərazisində erməni vəhşiliyi və terrorizmi dünyanın gözü qarşısında davam edir. Terrordan qidalanan Ermənistan dövləti hər keçən gün daha çox azğınlaşır, qadın, qoca, uşaq demədən mülki vətəndaşlara qarşı atəşkəs prosesində zorakılıq tətbiq edir. 4 İyul 2017-ci ildə erməni dəstələrinin işğal olunmuş Azərbaycan ərazilərindən Azərbaycanın nəzarətində olan yaşayış məntəqələrindən Füzuli rayonunun Alhanlı kəndinə raket zərbələri endirməsi nəticəsində mülki vətəndaşlar arasında itkilər baş verib. Son hücumda kənddəki vətəndaşlardan 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı bir qadın həyatını itirib. Eyni zamanda bir neçə nəfər erməni silahlarına tuş gələrək yaralanıb. Sözdə ədalət tərəfdarı olan ATƏT-in Minsk qrupu atəşkəs rejiminə baxmayaraq, baş verən bu hadisələri görməməzliyə vurur, Azərbaycan tərəfinin haqlı olmağımıza baxmayaraq ədalətsiz siyasət ortaya qoyurlar". Bəyanatda daha sonra vurğulanır ki, Azərbaycan hökuməti artıq bu kimi oyunlara getməməli və atəşkəsə birtərəfli olaraq son qoymalıdır: "24 ildir davam edən atəşkəsə baxmayaraq, problemin həllində bir addım belə atılmayıb, hətta atəşkəsə baxmayaraq Azərbaycan hərbi və mülki itkilər yaşayıb. Baş verən son hücumların və 2 yaşlı bir uşağın cinayətkarları terrorçu Ermənistan dövlətidir. Bu səbəblə başda Türkiyə olmaq üzrə, dünya İctimaiyyətini atəşkəs dövründə baş verən hücumların və vətəndaşların qətlə yetirilməsinə lazımi reaksiyanın verilməsini lazım bilir və bununla bağlı müraciət edirik. 1992-ci ildə baş verən Xocalı Soyqırımının səbəbkarı olan Serj Sərkisyan prezident olaraq eyni siyasəti aparmaqda və Azərbaycan Türkünə qarşı dünyanın gözü qarşısında soyqırım həyata keçirməkdədir. Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq Azərbaycanın işğal altındakı tarixi torpaqlarında baş verən hücumları şiddətlə qınayır".

İyulun 4-də baş vermiş erməni təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyevanın qətlə yetirilməsi İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İSTAD) tərəfindən də etirazla qarşılanıb. İSTAD rəhbəri Səfər Karakoyunlu bildirib ki, rəhbərlik etdiyi qurum Ermənistanın son vandallığını qəti şəkildə pisləyib. Səfər Karakoyunlu qeyd edib ki, bölgəmizin sülh və sabitliyə ehtiyacı olduğu bir vaxtda Ermənistan odla oynayır: "İllərdir regionda təcavüzkar siyasəti yürüdərək Azərbaycanı təhdid edən və torpaqlarını işğal edən ermənilər daha bir cinayətə imza atdı. 4 iyul, 2017-ci il tarixdə Ermənistan ordusu axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini 82 və 120 millimetrlik minaatanlar və pulemyotlardan atəşə tutaraq kənd sakinlərindən 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı bir qadını qətlə yetiriblər". Səfər Karakoyunlu deyib ki, günahsız vətəndaşların qətlə yetirilməsi və həyata keçirilən bu qanlı təxribat aktının səbəbkarı Ermənistandır: "Ötən illərdə atasının məzarını ziyarətə gedən iki Azərbaycan vətəndaşı da həbs olunmuş və Ermənistan zindanlarında əsir saxlanılır. Dünyanın gözü qarşısında Azərbaycanın 20 faiz torpaqları işğal edilmiş, bir milyondan çox insanımız qaçqın düşmüş və hər fürsətdə Azərbaycan təhdid edilir". İSTAD sədri qeyd edib ki, Türk millətinin səbri daşmaq üzrədir: "Biz Ermənistanı və bu haqsızlığa göz yuman beynəlxalq aləmi şiddətlə pisləyirik Bunu hər kəs bilməlidir ki, Türk milləti olaraq Azərbaycanın yanındayıq. Türk millətinin səbri tükənmək üzərədir. Bölgəyə sülh və sabitliyin gəlməsi üçün Ermənistan işğal etdiyi torpaqları dərhal tərk etməlidir".

Danimarkada fəaliyyət göstərən "Vətən" Cəmiyyəti iyulun 4-də baş vermiş erməni təxribatı və nəticədə mülki şəxslərin qətlə yetirilməsi ilə bağlı beynəlxalq təşkilat və qurumlara, eləcə də həmin təşkilatların rəhbərlərinə etiraz məktubu göndərib. Bu barədə məlumat sözügedən cəmiyyətdən daxil olub. Bildirilib ki, etiraz məktubu BMT-nin baş katibi Antonio Quterreş, Avropa Parlamentinin baş ofisi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Danimarka parlamentinin spikeri Mogens Likketofta, bu ölkə parlamentinin xarici siyasət komitəsinin sədri Mette Gyerskova və ATƏT-in Minsk qrupunun həmsədrlərinə ünvanlanıb. Etiraz məktubunda iyulun 4-də baş vermiş erməni təxriibatı nəticəsində mülki şəxslər - Quliyeva (Allahverdiyeva) Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının erməni silahlarına tuş gələrək vəfat etməsi əksini tapır. Məktubda "Vətən" Cəmiyyəti beynəlxalq təşkilatları Ermənistanın aqressiyasına qarşı hərəkətə keçməyə çağırır.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31