Musa Qasımlı: “Təcavüzkarın vəhşi hərəkəti cavabsız qalmayacaq”
"İşğalçı Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə mülki əhalini hədəf alması, xüsusən, Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadın və azyaşlı qız uşağını vəhşicəsinə öldürməsi bu qondarma dövlətin təcavüzkar, terrorçu mahiyyətindən xəbər verir və əsl vəhşilikdir”. Bunu millət vəkili Musa Qasımlı deyib.
6 İyul 2017 12:53 Siyasət"İşğalçı Ermənistan silahlı qüvvələrinin işğal edilmiş ərazilərdə mülki əhalini hədəf alması, xüsusən, Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadın və azyaşlı qız uşağını vəhşicəsinə öldürməsi bu qondarma dövlətin təcavüzkar, terrorçu mahiyyətindən xəbər verir və əsl vəhşilikdir". Bunu millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, hərbçilərin olmadığı bir yaşayış məntəqəsində mülki əhalinin hədəf seçilməsi azərbaycanlıların gözünü qorxutmağa yönəlib: "Xüsusən, Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən bərpa edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə insanların qayıdışı işğalçı ölkəni narahat edir. Təcavüzkar ölkə təmas xəttindəki kəndlərdə erməniləri saxlaya bilmir. Onlar qaçıb gedirlər.
İşğalçı ölkənin bu vəhşilik hərəkətinə ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatlar belə hərəkətlərə konkret və qəti münasibət bildirməlidilər. Heç şübhəsiz, təcavüzkarın bu vəhşi hərəkəti cavabsız qalmayacaq və layiqli cavabı alacaq. Bütün baş verənlər üçün məsuliyyət işğalçı, cinayətkar Ermənistanın üzərindədir". Sia.az