Milli Qeyri Hökumət Təşkilatları Forumunun (MQF) Hüquq Mərkəzinin bəyanatı
2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Fizuli rayonun Alxanlı kəndi 82 və 120 millimetirlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Səbinə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
6 İyul 2017 12:35 Siyasət2017-ci il 4 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Fizuli rayonun Alxanlı kəndi 82 və 120 millimetirlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Təxribat nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Səbinə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.
Ermənistan dövlətinin bu çirkin hərəkət hüquqi aktları - Ermənistanın 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyası, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş millətlər təşkilatının "Ümumdünya İnsan Haqları Bəyənnaməsi"ni, "Vətəndaş və siyasi hüquqlar haqqında" Konvensiyanı, "Fövqaladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi" Bəyannəməsini kobud sürətdə pozur.
Münaqişənin həll olunmasının prinsipial əsasını BMT Təhlükəsizlik Şürası tərəfindən qəbul edilmiş 822, 853, 874, və 884 saylı qətnamələr təşkil edir. BMT TŞ-nın qətnamələrində Azərbaycana qarşı güc tətbiq edilməsi və Azərbaycan ərazilərinin işğalı pislənilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq olunur.
Biz, beynəlxalq huquqi normalara riayət edilməsi, beynəlxalq sülhün və təhlükəsizliyin müdafiə edilməsi, Birləşmiş Millətlər Təşkilatının, İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının Parlament Assambleyasının Ermənistan-Azərbaycan münaqişəsi ilə baqlı qətnamələrinintələblərinə əməl edilməsi və Ermənistanın işğalçı siyasətinin dayandırılması üçün beynəlxalq təşkilatlara və dünya ölkələrinə müraciət edir, məsələyə ədalətli münasibət bildirməyə çağırırıq.
.