Beynəlxalq təşkilatların səssizliyi fonunda davam edən erməni vandalizmi

Ermənistanın cəbhə xəttində həyata keçirdiyi son təxribat hadisəsi və mülkü vətəndaşları qətlə yetirməsi bu ölkənin mahiyyətini bir daha ortaya qoymuş oldu. İyulun 4-də baş vermiş məlum hadisə zamanı 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin erməni gülləsinə tuş gələrək həyatını itirməsi Azərbaycan cəmiyyətində ciddi şəkildə etiraz doğurub. Xüsusilə cəmiyyətin gənc təbəqəsi Ermənistanın bu təxribatını qəti şəkildə pisləyərək beynəlxalq ictimaiyyəti işğalçı ölkəyə qarşı qəti və ciddi addımlar atmağa çağırıb. Hadisə baş verən andan müxtəlif gənclər təşkilatları etiraz bəyanatı yayaraq beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıblar.

Ermənistanın cəbhə xəttində həyata keçirdiyi son təxribat hadisəsi və mülkü vətəndaşları qətlə yetirməsi bu ölkənin mahiyyətini bir daha ortaya qoymuş oldu. İyulun 4-də baş vermiş məlum hadisə zamanı 2 yaşlı Zəhra Quliyeva və onun nənəsinin erməni gülləsinə tuş gələrək həyatını itirməsi Azərbaycan cəmiyyətində ciddi şəkildə etiraz doğurub. Xüsusilə cəmiyyətin gənc təbəqəsi Ermənistanın bu təxribatını qəti şəkildə pisləyərək beynəlxalq ictimaiyyəti işğalçı ölkəyə qarşı qəti və ciddi addımlar atmağa çağırıb. Hadisə baş verən andan müxtəlif gənclər təşkilatları etiraz bəyanatı yayaraq beynəlxalq təşkilatları hərəkətə keçməyə çağırıblar.

"İRƏLİ" İctimai Birliyinin iyulun 4-də baş vermiş erməni təxribatı ilə bağlı yaymış olduğu etiraz bəyanatında qeyd edilib ki, Azərbaycan gəncliyi olaraq dünya miqyasında erməni vandalizmi və vəhşiliyinə qarşı fəal şəkildə daima mübarizə aparmışıq. Bu gün, xarici ölkələrin manipulyasiya aləti kimi istifadə etdiyi saxta bəyanatları ilə , həmçinin Dağlıq Qarabağ, Xocalı soyqırımı və qondarma Erməni soyqırımı ilə bağlı reallıqların aşkara çıxarılmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanınmasında gənclər fəal iştirakı və təşəbbüsü ilə fərqlənir: "Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq insan hüquqları, Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı beynəlxalq hüquq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin düşmən tərəfindən kəskin şəkildə pozulması cəbhəyanı bölgələrdə insanların öldürülməsi, mülki obyektlərə zərər vurulması ilə nəticələnir. Ötən ilin aprel ayında cəbhə xətti boyunca atəşkəsin aramsız pozulması Azərbaycanın silahlı müdaxiləsi ilə nəticələndi, 4 gün boyunca baş verən müharibə müddətində strateji əhəmiyyətli ərazilər qaytarıldı, düşmən tərəfi böyük itki ilə üzləşdi. Bu göstərici Azərbaycanın ordu gücünün mütləq üstünlüyünün sübutu olmasına baxmayaraq, ölkəmiz münaqişənin sülh yolu ilə həll olunmasının, insan tələfatına yol verilməməsinin tərəfdarıdır. Mövcud vəziyyətlə bağlı Ermənistan tərəfini insaların qəsdən öldürülməsinə yönəlmiş insanlığa sığmayan əməllərinə son qoyması ilə bağlı ATƏT-in Minsk Qrupunun təkidlərinə baxmayaraq düşmən öz çirkin əməllərindən əl çəkmir. Ermənistan dövlətinin, beynəlxalq humanitar hüququn və insan haqlarının ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı qəbul edən və qoşulan ölkələrdən biri olmasına baxmayaraq, dinc əhalinin bu kimi alçaq hücümlarla bilərəkdən qətlə yetirilməsi, adıçəkilən Konvensiyaya zidd hərəkət edilməsini göstərir". Bəyanatda qeyd edilir ki, Ermənistan tərəfinin bu kimi atəşkəsi pozması nəticəsində ölən azyaşlı uşaqların sayı il getdikcə artır: "Törədilmiş bu təxribat vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir". İrəli İctimai Birliyi bəyan edir ki, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin yaranmasına əsas səbəbdir: "Biz beynəlxalq qurumlardan Ermənistana qarşı daha da sərt olmalarını və sanksiyaların tətbiq edilməsini tələb edirik".

Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) də Ermənistan ordusu tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: "2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini müxtəlif silahlardan intensiv atəşə tutması xeyli dağıntı və dinc əhali arasında itkilərlə nəticələnib. Bəyanatda qeyd edilib ki, bu, təcavüzkar Ermənistanın dinc əhaliyə qarşı həyata keçirdi ilk vandalizm aktı deyil: "Ermənistanın işğalçı rejimi beynəlxalq hüquq normalarına və konvensiyalara məhəl qoymayaraq, bundan əvvəl də mülki əhali arasında tələfata və dağıntılara səbəb olan çoxlu sayda cinayətlər törədib. Çox təəssüf ki, Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri, o cümlədən beynəlxalq birlik Ermənistanı bu cinayətkar addımlardan çəkindirmək üçün təsirli tədbirlər görmür. Ona görə də cəzasız qalacağına inanan Ermənistan təcavüzkar əməllərini davam etdirərək, təxribatlarına ara vermir. Ermənistan hakimiyyətinin münaqişənin dinc yolla həllinə yönəlik çağırışlara əhəmiyyət vermədən dinc əhalini bombardman etməsi bir daha göstərir ki, həmsədrlərin rəsmi İrəvana münasibətdə daha sərt mövqe tutmaları zəruridir". Bəyanatda TUMİB Ermənistanın dinc əhaliyə qarşı son vəhşiliyini qətiyyətlə pisləyir və beynəlxalq təşkilatların öz missiyalarına uyğun olaraq, Ermənistandan öz qoşunlarının tezliklə Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırıb. Qeyd edilib ki, əks halda Ermənistanın bu təxribatları cəbhədə gərginliyin artmasına və irimiqyaslı hərbi əməliyyatların yenidən alovlanmasına səbəb olacaq. Buna görə bütün məsuliyyət isə işğalçı Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyinin bəyanatında isə qeyd edilir ki, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaşlı qadın və onun 2 yaşlı nəvəsinin öldürülməsi, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın aşkar və heç bir insanlığa sığmayaraq vəhşi şəkildə pozulmasıdır. ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərindən sonra həmsədrlər və beynəlxalq təşkilatlar ciddi danışıqlar yolu ilə status-kvonun dəyişdirilməsinə çağırışlar etdiyi halda Ermənistan tərəfi mülki şəxslərin və uşaqların qəsdən öldürülməsinə yönəlmiş hücumların edilməsi sistematik xarakter daşıyır. Bu isə münaqişə zonasında gərginliyin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir: "Azərbaycan Respublikasında fəaliyyət göstərən, bir çox beynəlxalq tədbirlərin aktiv iştirakçısı, beynəxalq və xarici ölkələrin gənclər təşkilatları ilə sıx əməkdaşlıq edən Qeyri-Hökümət Gəncər Təşkilatı olaraq məqsədimiz, uşaq və gənclərin beynəlxalq konvensiyalarla qorunan hüquqlarının müdafiəsidir. Bütün beynəlxalq təşkilatlardan, hüquq müdafiəçilərindən baş verən bu vandalizmə, terrora münasibət bildirmələrini xahiş edirik. Xahiş edirik ki, Ermənistanı beynəlxalq hüquq normalarına əməl etməyə və törətdiyi təxribata cavab verməyə çağırasınız".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31