ABŞ səfirliyi amerikalıları Fransadakı iğtişaşlarla bağlı xəbərdar etdi-ÖZƏL
12:45 SiyasətABŞ-ın Fransadakı səfirliyi amerikalıları ölkədəki iğtişaşlarla əlaqədar ehtiyatlı olmağa çağırıb. Olaylar.az xəbər verir ki, məlumat səfirliyin saytında dərc edilib.
Bəyanatda deyilir: "Fransada tələbə etirazları davam edir və bəziləri iğtişaşlara çevrilib. Yürüşlər məktəb kampuslarının qarşısında keçirilir. Fransada yüzlərlə orta məktəb bağlanıb. Tələbə təşkilatları 6 oktyabrda tələbə həmkarlar ittifaqlarının, təhsil birliklərinin və valideyn birliklərinin iştirakı ilə vahid etiraz günü keçirməyə çağırır".
Səfirlik Amerika vətəndaşlarını nümayişlərin keçirildiyi ərazilərdən uzaq durmağa və yerli medianın xəbərlərini izləməyə çağırıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31