Gündəm

"Ermənistan tərəfi uşaqları qətlə yetirmək ənənəsini davam etdirir"

6 İyul 2017 13:44

Azərbaycan tərəfinin, xüsusilə də Azərbaycan Prezidentinin münaqişəni sülh yolu ilə həll etmək cəhdlərinə Ermənistan yenə də hərbi təcavüzlə cavab verir. Aydın görünür ki, Ermənistan tərəfinin təcavüzkar hərəkətləri mülki əhaliyə qarşı yönəlib. Cəbhə bölgəsində körpə qızın qətli bizi çox kədərləndirir.

Soydaşlarımız Haaqada etiraz aksiyası keçirəcək etiraz aksiyası keçiriləcək

6 İyul 2017 13:45

Niderland Krallığında yaşayan azərbaycanlılar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına etiraz əlaməti olaraq, Ermənistanın Haaqa şəhərində yerləşən səfirliyi qarşısında etiraz aksiyası keçirəcək.

Vətəndaş cəmiyyəti nümayəndələrindən beynəlxalq təşkilatlara çağırış

6 İyul 2017 13:38

Ermənistan terrorçuluq və işğalçılıq siyasətinə sadiq qalaraq cəbhə xəttində çirkin təxribat hərəkətlərini davam etdirir.  Bu günlərdə işğalçı ölkə daha bir təxribata əl ataraq mülkü vətəndaşları hədəfə alıb. Belə ki, iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyeva və 50 yaşlı Sahibə Allahverdiyeva ermənilərin açdığı atəş nətiəsində qətlə yetirilib, Sərvinaz Quliyeva isə ağır yaralanıb. Təssəüflər olsun ki, İrəvanın bu insanlıq əleyhinə cinayətinə beynəlxalq aləm səssiz qalmaqda davam edir. Dünya birliyinin bu səssizliyi isə işğalçı ölkəni daha aqressiv olmağa sövq edir. Nəticə etibarilə ermənilər neçə-neçə günahsız insanın həyatına son qoyur.

Ermənistana qarşı sanksiyalar tətbiq edilməlidir

6 İyul 2017 13:36

Hüquq müdafiəçiləri Azərbaycanın dinc sakinlərinin qətlə yetirilməsi ilə bağlı bəyanat veriblər. Bəyanatda qeyd edilir ki, iyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşə tutulması nəticəsində Füzuli rayonunun Alxanlı kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması,  bir qadının isə ağır yaralnaması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir:  “Biz Azərbaycan hüquq müdafiəçiləri bəyan edirik ki, bu vəhşilik Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir. Ermənistan Respublikası və onun rəhbərliyi törədiyi bu beynəlxalq cinayətlərə görə tam məsuliyyət daşıyır”.

Hərbi attaşelər və xarici KİV nümayəndələri Zəhranın məzarını ziyarət etdi

6 İyul 2017 13:31

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Alıxanlı kəndində həlak olmuş 2 yaşlı Zəhra Quliyeva və Sahibə Allahverdiyevanın qəbrini ziyarət ediblər.

Londonda müsəlmanlara dəstək nümayişi keçirilir

6 İyul 2017 13:25

İngiltərənin paytaxtı Londonda “İrqçiliyə qarşı ayağa qalx” adlı vətəndaş hərəkatı təşkil edilib. Hərəkatın məqsədi nifrət və pis davranış hədəfi olan müsəlmanlara dəstək olmaq və düşmənlərə qarşı həmrəy mübarizə aparmaqdır. “İslamafobiyaya yox!” və “nifrətə yox!” pankartları daşıyan nümayişçilər ötən ay Londonda Cəmil və Rəşam adlı iki müsəlmana yandırıcı turşu ilə hücum edən təcavüzkarı lənətləyiblər.

Poroşenko nöqtəni qoydu: Moskvaya TƏRS ŞİLLƏ

6 İyul 2017 13:26

Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin xarici siyasətinin prioriteti kimi NATO-ya üzvlüyünün qanunverici əsaslarını möhkəmləndirən qanunu imzalayıb. Bu haqda dövlət başçısının mətbuat xidməti bildirib.

Amerika silkələndi

6 İyul 2017 13:14

ABŞ-ın şimal hissəsində zəlzələ baş verib. Zəlzələnin episentri Linkoln yaşayış məntəqəsindən 9 km cənub-şərqdə qeydə alınıb. Zəlzələ 4,3 km dərinlikdə baş verib. ABŞ Geoloji Xidməti yeraltı təkanların 5,8 bal gücündə qeydə alındığını bildirib. Tələfat və dağıntılar barədə məlumat verilmir.

Ayaqqabının dabanında oğluna heroin ötürmək istədi

6 İyul 2017 13:12

Penitensiar Xidmətin Baş idarəsinin və 7 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən “Olaylar”a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən, 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Nəbiyev Müşfiq Qahir oğlu ilə qısamüddətli görüşə gəlmiş anası, Mingəçevir şəhər sakini Nəbiyeva Vahilə Xəlil qızı tərəfindən gətirilmiş sovqatda olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş kağız bükülüdə 0.164 qram narkotik vasitə - heroin aşkar edilərək götürülüb. Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Xətai Rayon Polis İdarəsinə göndərilib.

Ermənistana sanksiyaların tətbiq edilməsi tələb olunur

6 İyul 2017 13:09

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində cəbhə xəttindəki vəziyyət barədə Azərbaycan vətəndaşlarının qətlə yetirilməsi və yaralanması ilə bağlı bəyanat yayıb. Bəyanat dünyanın müxtəlif ölkələrinin dövlət rəhblərinə, parlament üzvlərinə, beynəlxalq təşkilatlar və gənclər platformalarına göndərilməkdədir. “OLAYLAR”-a daxil olan bəyanatda Azərbaycan gəncləri adından beynəlxalq təşkilatları və dünya ölkələrini sülh və insanlıq naminə erməni silahlı qüvvələrinin törətdiyi qanunsuzluqları, insan haqqlarının pozuntusu faktlarını, suveren dövlətin torpaqlarını işğal altında saxladığını nəzərə alaraq Ermənistana qarşı sanksiyaların tətbiq olunması tələb edilir.

Avropa Parlamenti qarşısında aksiya keçiriləcək

6 İyul 2017 13:08

Avropa Azərbaycanlıları Konqresi (AAK) Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsinə etiraz əlaməti olaraq, Brüsseldə Avropa Parlamenti və Ermənistan Səfirliyi qarşısında etiraz aksiyası keçirəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, aksiyada beynəlxalq ictimaiyyətdən işğalçı ölkənin cinayətkar əməllərinə lazımi qiymət verilməsini tələb edən şüarlar səsləndiriləcək. Aksiyanın keçirilməsi ilə bağlı artıq yerli orqanlara müraciət göndərilib.

Nəcməddin Sadıkov Amerikaya gedir

6 İyul 2017 13:05

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Birləşmiş Ştatlara gedib. “OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, səfərdə məqsəd 6-7 iyul tarixlərində Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında keçiriləcək Baş Qərargah Rəislərinin ikinci Beynəlxalq Konfransında iştirak etməkdir. Baş qərargah rəisi Nyu-York şəhərinə yola düşüb.

“İlin aktyoru” “Sərhəd” filmində

6 İyul 2017 13:03

Musiqili Teatrının gənc aktyoru, tamaşaçıların Xalq yazıçısı Elçinin məşhur heakyələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” iki hissəli musiqili lirik komediyasından baş rolun ifaçısı kimi yaxşı tanınan, 2017-ci ildə  “İlin aktyoru” mükafatına layiq görülən Əmrah Dadaşov İran İslam Respublikasında filmə çəkilmək üçün dəvət olunub. Teatrının mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, İranın “Günəşfilm” Studiyasında istehsal olunacaq şərti adı “Sərhəd” olan (“Arpa çayı – ayrılıq nəğməsi”) tammmetrajlı bədii filmində Ə. Dadaşov baş rolu – Aydın obrazını canlandıracaq. Filmin quruluşçu rejissoru və ssenari müəllifi İran İslam Respublikasının tanınmış sənətçilərindən olan Ali Abdalidir.

Andre Reyşar da etiraz etdi

6 İyul 2017 13:04

 Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun sədri senator Andre Reyşar  bəyanat verib. Avropa Azərbaycan Cəmiyyəti bəyanatı “Olaylar” – a təqdim edir. Bəyanatda deyilir:

5 terrorçu məhv edildi

6 İyul 2017 13:02

Səhər saatlarında Türkiyənin Qars vilayətinin Qağızman şəhərində Türkiyə Təhlükəsizlik  Qüvvələrinin keçirdiyi hava əməliyyatı nəticəsində PPK terror təşkilatına üzv olan 5  terrorçu məhv edilib. Qağızmanın Çemce qəsəbəsinin Səsverən vadisində bir qrup terrorçunun olduğu xəbərini alan təhlükəsizlik qüvvələri  dərhal hərəkətə keçib. Saat 06:00 radələrində başladılan əməliyyat nəticəsində 5 terrorçu öldürülüb, iki terrorçu isə yaralanıb. Yaralı halda qaçan terrorçuların zərərsizləşdirilməsi üçün axtarış tədbirləri başladılıb.