İspaniya İtaliyalı turistlər üçün sərhəd nəzarətini dördüncü dəfə genişləndirib-ÖZƏL
11:43 Siyasətİspaniya hökuməti İtaliyadan dəniz və ya hava yolu ilə İspaniyaya gələn sərnişinlər üçün yoxlamanı daha 15 gün, yəni 22 oktyabra qədər uzatmaq qərarına gəlib. Olaylar.az xəbər verir ki, bu barədə İspaniya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qərar İtaliyanın İspaniya ilə münasibətlərdə Şengen Sazişinin dayandırılmasının müddətini uzatmasına cavab olaraq qəbul edilib və 8 oktyabrda qüvvəyə minir.
Sənəddə deyilir ki, "Müddət uzadılması davamlı qiymətləndirmədən keçir və ona səbəb olan təhdidlər aradan qalxarsa və ya daha az məhdudlaşdırıcı tədbirlərlə effektiv şəkildə aradan qaldırıla bilərsə, göstərilən tarixdən əvvəl qüvvədən düşəcək". 8 avqustdan bəri qüvvədə olan tədbirin əvvəlcə bir ay davam etməsi nəzərdə tutulmuşdu.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31