Ermənistan parlamentində kilsə ilə bağlı komissiyanın yaradılması gərginlik yaradır – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Joxovurd" qəzetinin məlumatına görə, oktyabrın 6-da işinə başlayan Ermənistan Milli Məclisinin iclaslarında hakim "Mülki Müqavilə" partiyası kilsə ilə bağlı istintaq komissiyasının üzvlərinin sayını müəyyənləşdirməyi planlaşdırır. 11 nəfərdən ibarət olması və Arman Yeqoyanın rəhbərlik etməsi nəzərdə tutulan 6 aylıq komissiyanın məqsədi kilsəyə dair müvafiq sənədləri tələb etmək və araşdırmalar aparmaqdır. Lakin parlament bu addıma kəskin etiraz edir və hər iki müxalif fraksiya yaradılan komissiyada təmsil olunmaqdan imtina edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31