Gündəm

Qənirə Paşayeva İspaniyada Ermənistanın cinayətlərindən danışıb

6 İyul 2017 14:32

Millət vəkili Qənirə Paşayeva İspaniyada Crans Montana Forumunun 28-ci illik sessiyası çərçivəsində Malta prezidenti xanım Marie-Louise Coleiro-Precaya, Aralıq Dənizi Birliyinin Baş katibi Fathallah Sijilmassi, Solomon Adalarının naziri Samuel Manetoaliye, Burkino Fasonun Gənclər və İdman naziri Tairou Bangreye,  Afrika ölkələrinin tanınmış QHT rəhbərləri və tanınmış təşkilat nümayəndələri ilə görüşüb.

Beynəlxalq təşkilatları necə ayıltmaq olar?

6 İyul 2017 14:30

 İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Baş verən hadisə ermənilərin terorizm və vandalism aktlarını davam etdirmələrinin bariz nümunəsidir. Çox təəssüf ki, yenə də beynəlxalq təşkilatlar ikili standartlarını davam etdirərək Ermənistanın insanlığa sığmayan hərəkətinə münasibət fikrində deyillər. Belə halda Azərbaycan hansı təsir vasitələrundən istifadə etməlidir ki, dünya ictimaiyyəti Ermənistana qarşı təzyiq vasitəsinə əl atsın.

Rusiyalı politoloq: "Azərbaycanlı uşağın qətlə yetirilməsi erməni hərbçilərin zəifliyinin əlamətidir"

6 İyul 2017 14:20

Rusiya, ABŞ və Fransada Dağlıq Qarabağ münaqişəsini görməməyi üstün tuturlar və bu ölkələrin hərəkətində "dondurulma"nın dominant istiqamət olduğu sezilir. Bu barədə rusiyalı politoloq Nikita Qolobokov Ermənistanın iyulun 4-də törətdiyi təxribatı şərh edərkən bildirib.

Uşaq Sığınacağı-reinteqrasiya mərkəzi sayəsində bir ailə bərpa edildi

6 İyul 2017 14:17

“27 yaşlı Xansevərova Fatimə Ukraynada anadan olub və 2006-cı ildə Azərbaycan vətəndaşı ilə ailə həyatı qurub. Bu nigahdan onların 4 övladları dünyaya gəlib.01.04.2017 ci il tarixində azyaşlı uşaqları ilə birlikdə ailə münaqişəsi zəmnində fiziki zorakılığa məruz qaldığına  görə Abşeron rayon polis bölməsinə müraciət edib və Abşeron rayon polis bölməsi tərəfindən Azərbaycan Uşaqlar Birliyinin nəznində Fəaliyyət göstərən Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yönləndilib. X.Fatimə və və övladları müvəqqəti sığınacaqla təmin edildikləri gündən ilkin tibbi müayinədən keçirilmiş, geyim, qida, uşaqların asudə vaxtının təşkili, təhsil proqramları, psixoloji və hüquqi yardım ilə təmin ediliblər. İlkin tibbi müainə zamanı X.Fatimənin qızı X.Nəzrinin sol qulağında kəskin ağrılar aşkarlanaraq ərazi üzrə 20 saylı uşaq poklinikasında müalicə alaraq, dərman pereparatları ilə təmin edilib. Bununla yanaşı X.Fatimə və azyaşlı övladları Səhiyyə Nazirliyinin 1 saylı Dəri Zöhrəvi Dispanserində tibbi müayinədən keçirilib”. Bu sözləri Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri Vasif Akifli "Olaylar" - a açıqlamasında bildirib.

Trampdan müharibə ANONSU: “Yaxın həftələrdə...”

6 İyul 2017 14:17

Varşavada səfərdə olan ABŞ prezidenti Donald Tramp polşalı həmkarı Andjey Duda ilə görüşdən sonra keçirilən mətbuat konfransında Pxenyanı növbəti dəfə hədələyib.

Əcnəbi jurnalistlər və hərbi attaşelər ermənilərin atəşi nəticəsində 2 yaşlı Zəhranın həlak olduğu yerə baxış keçiriblər

6 İyul 2017 14:13

Azərbaycanda akkreditasiya olunmuş xarici KİV nümayəndələri və hərbi attaşelər Füzuli rayonunun Alıxanlı kəndində olublar. Onlar iyulun 4-də  Füzulirayonunun Alxanlı kəndinin erməni silahlı bölmələri tərəfindən atəşə tutulması nəticəsində 2 yaşlı Zəhranın və nənəsinin həlak olduğu yerə baxış keçiriblər.

"Gəlinim gənc oğlanla sevişirdi" - 16 yaşlı oğlana AĞIR CƏZA

6 İyul 2017 14:11

Bakıda anasının öldürməkdə ittiham olunan 16 yaşlı Maarif Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakimƏhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror Maarif Əliyevin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Azərbaycanlı iş adamının ölümü ilə bağlı yeni detal : bıçaqlanandan sonra yaralı vəziyyətdə qəza törədib 

6 İyul 2017 14:08

Beynəlxalq yükdaşımalarla və logistika ilə məşğul olan Çexiya şirkəti "Tern Transport & Trading CZ"-in rəhbəri, azərbaycanlı biznesmen Rəşad Qafarovun Praqada müəmmalı qətlinin bəzi təfərrüatları məlum olub.

Bolqarıstanda türklər 10 gündür evdən küçəyə çıxa bilmirlər

6 İyul 2017 14:05

Bolqarıstanda ölkənin türk və qaraçı vətəndaşları son 10 gündə onlara qarşı keçirilən aksiya ilə əlaqədar küçəyə çıxmaqdan qorxurlar.  Bolqarıstanda türklərin sıx yaşadığı Asenovqrada ölkənin başqa şəhərlərindən axın edən 7-8 min aksiyaçı toplanıb. İnformasiyaya əsasən, türklərə qarşı keçirilən bu aksiyanın iştirakçılarından 9-u tutulub. Bolqarıstan vətəndaşı olan türklər sosial şəbəkələrdə də hədələnirlər.

Əflatun Amaşov QDİƏT-in İstanbulda keçirilən sessiyasında çıxış edib

6 İyul 2017 14:04

Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov iyulun 4-dən 6-dək İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyasının 49-cu sessiyasında, 56-cı Büro və 49-cu Daimi Komitələrinin iclaslarında iştirak edir. 

"Ermənistan və Sarkisyan buna görə mütləq cavab verəcəklər" - Millət vəkili

6 İyul 2017 13:59

Ermənistan və Serj Sarkisyan iki yaşlı körpə Zəhra Quliyevanın ölümünə görə mütləq cavab verəcəklər. Milli Məclisin komitə sədrinin müavini, YAP-ın şöbə müdiri Aydın Mirzəzadə Facebook şəbəkəsindəki profilində bildirib.

Aydın Mirzəzadə: "Alxanlı kəndində törədilənlərlə Xocalıda törədilənlər arasında oxşarlıqlar var"

6 İyul 2017 13:55

Füzuli rayonunun Alxanlı kəndində dinc sakinlərin öldürülməsi və yaralanması ilə nəticələnən erməni təxribatının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyulun 11-də keçiriləcək görüşü ərəfəsində baş verməsi təsadüfi deyil.

Finlandiya azərbaycanlılarından beynəlxalq təşkilatlara müraciət

6 İyul 2017 13:52

Finlandiya Azərbaycan Assosiasiyası, Azərbaycan Qadınlar Cəmiyyəti, Yeniyetmə Gənclər Təşkilatı və Azər-Türk Gənclər Təşkilatı 4 iyul 2017-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı birgə bəyanat yayıb.

"The American Spectator": "Azərbaycan stabil, dünyəvi, ultramüasir və inkişaf edən demokratik ölkədir"

6 İyul 2017 13:50

ABŞ ehtiyatlılıq nümayiş etdirməli və bütün İslam dünyası üçün nümunə ola biləcək müsəlman ölkələrinin liderləri ilə çalışmağa başlamalıdır. Bu ölkələrdən biri də Azərbaycandır. Bunu ABŞ-ın nüfuzlu "The American Spectator" nəşrində Ceykob Kamaras yazıb. 

"Allahu Əkbər" deyərək mətbəxdən götürdüyü bıçaqla xalasını öldürdü

6 İyul 2017 13:47

Türkiyənin Mersin şəhərinin Tarsus mahalında narkotik asılısı olan gənc xalasını bıçaqlayaraq öldürüb. Son vaxtlar psixoloji problemlərinin üzə çıxdığı deyilən 25 yaşlı Yakup Deniz D. gecə girib mətbəxdən götürdüyü bıçağı öz boğazına söykəyib intihar etmək istəyib. Bunu görən Naciyə D. oğluna bıçağı kənara qoymasını istəyib.