"Allahu Əkbər" deyərək mətbəxdən götürdüyü bıçaqla xalasını öldürdü

Türkiyənin Mersin şəhərinin Tarsus mahalında narkotik asılısı olan gənc xalasını bıçaqlayaraq öldürüb. Son vaxtlar psixoloji problemlərinin üzə çıxdığı deyilən 25 yaşlı Yakup Deniz D. gecə girib mətbəxdən götürdüyü bıçağı öz boğazına söykəyib intihar etmək istəyib. Bunu görən Naciyə D. oğluna bıçağı kənara qoymasını istəyib.

Evdəki yaxınlarının ifadələrinə görə aldığı narkotikin təsiriylə "Allahu Əkbər" deyərək yan otağa qaçan Yaqub Deniz D. 65 yaşlı xalası Teslime Türkmeni sinəsindən və bədəninin müxtəlif yerlərindən bıçaqlayıb. Həddindən artıq qan itirən Türkmen təcili yardımla çatdırıldığı xəstəxanada edilən müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Polis hadisə sonrası qaçan şübhəlinin tutulması üçün axtarışa başlayıb. Milli.az Habertürk-ə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31