Ukrayna dəmir yolu sistemində fəlakət təhlükəsi yaranıb-ÖZƏL
10:56 SiyasətAli Radanın deputatı Anna Skoroxod Ukraynanın dəmir yolu sektorunda, xüsusilə lokomotiv çatışmazlığı ilə bağlı vəziyyətin kritik həddə çatdığını bildirib. Olaylar.az xəbər verir ki, O, "MayakUA" YouTube kanalına açıqlamasında tezliklə tədbir görülməzsə, ölkənin dəmir yolu sisteminin fəlakətlə üzləşə biləcəyini deyib.
Bundan əvvəl Ukraynanın Aqrar Siyasət və Ərzaq naziri Taras Vısotski ölkədə kəskin lokomotiv çatışmazlığı olduğunu açıqlayıb. Sentyabrda isə Yenidənqurma, İnfrastruktur və Nəqliyyat naziri Nikolay Kalaşnik 2022-ci ilin fevralından bəri 600-dən çox lokomotivin itirildiyini bildirib.
Sentyabrın sonunda Ukrayna Nazirlər Kabineti "Ukrzaliznitsa"ya tender keçirmədən işlənmiş dəmir yolu dartı vasitələri almağa icazə verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31