Beynəlxalq təşkilatları necə ayıltmaq olar?
İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Baş verən hadisə ermənilərin terorizm və vandalism aktlarını davam etdirmələrinin bariz nümunəsidir. Çox təəssüf ki, yenə də beynəlxalq təşkilatlar ikili standartlarını davam etdirərək Ermənistanın insanlığa sığmayan hərəkətinə münasibət fikrində deyillər. Belə halda Azərbaycan hansı təsir vasitələrundən istifadə etməlidir ki, dünya ictimaiyyəti Ermənistana qarşı təzyiq vasitəsinə əl atsın.
6 İyul 2017 14:30 SiyasətAzərbaycanın çıxış yolu nədir?

Millət vəkili, Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa deyib ki, Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın fotolarını yaymalı və bütün beynəlxalq platformalarda təbliğ etməliyik. Millət vəkilinin sözlərinə görə, bununla bağlı broşürlər hazırlamalı və Avropa Şurasında yayılmalıdır ki, ermənilərin vəhşiliyi haqqında təsəvvürlər daha da genişlənsin: "Biz işğal nəticəsində baş verən uşaqların məhv edilməsi faktına diqqət yönəltməliyik. Dünyanın buna nə reaksiya verməsinə aludə olmamalıyıq. Çünki kimsədən umacağımız yoxdur. Nəticə odur ki, torpaqlarımız işğal olunub və buna normal reaksiya ala bilmiriksə, uşağın ölümünə görə əlahiddə münasibət gözləməyimiz doğru olmaz. Biz sadəcə öz işimizi görməliyik. Çünki bunun nəticəsi əvvəl-axır olacaq". Fazil Mustafa vurğulayıb ki, bu fakt doğru istifadə edilsə müəyyən qərarların əsası olacaq, doğru istifadə edilməsə, bir neçə müddətdən sonra unudulacaq. Onun sözlərinə görə, tək gənclər yox, bütün insanlar bu sahədə aktiv olmalıdır.
Millət vəkili Sədaqət Vəliyeva bildirib ki, Ermənistanın Azərbaycan mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin uşaqların hüquqlarına və insan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır: " ATƏT-in Minsk qrupunun həmsədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin, ayrı-ayrı ölkələrin rəsmilərinin sülh çağırışları etdiyi, mövcud status-kvonun dəyişdirilməsinin tələb olunduğu bir zamanda işğalçı Ermənistanın bu cür təxribatlar törətməsi açıq-aşkar göstərir ki, bu ölkənin qana susamış rəhbərliyi sülh istəmir. Ona görə də, dünya birliyi artıq Ermənistanın qanlı əməllərinə sərhəd çəkməli, işğalçılıq əməllərindən əl çəkməsi üçün ona qarşı sanksiyalar qəbul edilməli və sülhə məcbur edilməlidir".
Politoloq Elçin Mirzəbəyli də cəbhədə son günlərdə baş verənlərlə bağlı çıxış yolundan danışıb. Qeyd edib ki, işğalçı Ermənistan ordusunun Azərbaycanın dinc sakinlərini - uşaqları, qadınları gülləbaran etməsi ilə bağlı petisiyalar hazırlanmalı, beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrin parlamentlərinə göndərilməlidir: "Bununla yanaşı, qənaətimə görə ATƏT-in Minsk qrupunun vasitəçiliyindən imtina edilməsinə çağırışın yer aldığı başqa petisiyanın da hazırlanmasına ehtiyac var. Nəticəsi olmasa da ən azından millət olaraq müqavimətinizi nümayiş etdirməliyik. Qeyri Hökumət Təşkilatlarının sayğıdəyər rəhbərləri, buyurun, siz başlayın, media da dəstək versin".
Alim