Gündəm
Ramiz Mehdiyev: "Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir"
Ermənistanın işğalçılıq və terror siyasətinə son qoymaq üçün beynəlxalq birlik təsirli tədbirlər görməlidir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev iyulun 4-də Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xəttində həyata keçirdiyi növbəti təxribatı şərh edərkən bağlı bildirib.
Yeni qızdırma xəstəliyi təhlükəsi - Nazir tapşırıqlar verdi
Səhiyyə naziri Oqtay Şirəliyev "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə" əmr imzalayıb. Əmrdə bildirilib ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması əsasən gənə dişləməsi və yoluxmuş heyvanların qanı və digər bioloji mayeləri ilə sıx təmas nəticəsində baş verir. Son zamanlar respublikanın həmsərhəd dövlətlərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.
“Mədəniyyət naminə elm”adlı seminar
Nəriman Nərimanovun xatirə muzeyində, həmin muzeyin və Elmi–Metodiki Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı növbəti elmi seminar keçirilib. Mərkəzdən “Olaylar” – a bildirilib ki, seminarda Metodiki Mərkəzin direktoru Asif Usubəliyev və əməkdaşları ilə yanaşı muzeyin direktoru Kamilə Hüseynova, “Rəy” Monitoring Mərkəzinin direktoru Rizvan Abasov, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov iştirak ediblər.
PKK –çılar alman jurnalistə hücum etdilər
Türkiyə və türklər haqqında ədalətli məqalələri və çıxışları ilə tanınan məşhur alman jurnalist Martin Layne ( Martin Lejeune) Bremen şəhərində bir məhkəmədə şahid kimi ifadə verib. İfadə zamanı o PKK - terror təşkilatı tərəfdarlarının hücumuna məruz qaldığını bildirib. Məhkəmə binasının çıxışında toplanan bir qrup PKK – çı dəstə jurnalistə hücum edib. Terrorçular Martin Layneye müxtəlif bədən xəsarəti yetiriblər. Hadisə yerindəki polislər qarşıdurmaya müdaxilə etməyərək kənardan seyr ediblər.
Tətqiqatçı Fuad Axundov ilə görüş
Musiqi Mədəniyyəti Dövlət Muzeyində Bakı tarixinin tədqiqatçısı Fuad Axundov ilə görüş keçirilib. Tədbiri giriş sözü ilə muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova görüşümuzeyin açdığı “Köhnə Bakının noktürnləri” rubrikasından silsilə tədbirlərin birincisidi.
Həmkəndlisini qətlə yetirənin qolları qandallandı
Qusar rayonunun Xurel kənd sakinini qətlə yetirməkdə şübhəli bilinən həmkəndlisi tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 5-də Qusar rayonunun Xurel kəndindən kənd sakini İlqar Ulubəyov sifət nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və qanaxmadan orada ölüb. Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən kənd sakini Ramiq Aydabəyov tutulub. Hazırda faktla bağla cinayət işi başlanılıb.
AYB şəhidlərimizlə bağlı bəyanat yaydı
Azərbaycan xalqına və dövlətinə qarşı uzun zamandan bəri təcavüzkar mövqe nümayiş etdirən işğalçı Ermənistan və erməni quldurları bugünlərdə öz murdar əməllərinin növbəti qanlı səhifəsini yazdılar. Son dərəcə azğınlaşan işğalçılar iyulun 4-də axşam saatlarında Füzuli rayonunun Alxanlı kəndini ağır silahlardan atəşə tutaraq dağıntılara və mülki əhali arasında insan tələfatına səbəb oldular. Onların bu qəddarlığı nəticəsində kənd sakinlərindən 50 yaşlı Quliyeva Sahibə İdris qızı və onun nəvəsi - 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldular, Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralandı.
Azərbaycanın turizm ictimaiyyəti ermənilərin dinc əhalini qətlə yetirməsi ilə əlaqədar BƏYANAT yaydı
Azərbaycanın turizm ictimaiyyəti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasında vəziyyət və işğalçı Ermənistan ordusunun azərbaycanlı mülki əhalini qətlə yetirməsi ilə əlaqədar bəyanat yayıb.
Zəhranın ölümündən öncəki son görüntüləri - VİDEO
İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kənd sakinləri, 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.
Avropa Parlamenti Türkiyə ilə müzakirələrin təxirə salınmasını nəzərdə tutan raport qəbul edib
Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı rəsmi müzakirələrin təxirə salınmasını nəzərdə tutan raportu qəbul edib.
Anadan ŞOK ADDIM: 3 yaşlı qızını QİÇS-ə yoluxdurdu və... - VİDEO
Rusiyanın Tümen şəhərinin sakini 34 yaşlı qadın immun çatışmazlığı virusunun mövcudluğuna inanmayıb və öz xəstə qızını müalicə etməkdən boyun qaçırıb. Üç yaşlı qız ölüb və ağılsız ana mühakimə edilir. Ümumiyyətlə, HİV virusunun mövcudluğuna inanmaq istəməyənləri və müalicədən imtina edənləri HİV-dissidentlər adlandırırlar.
Azərbaycan qadınları beynəlxalq təşkilatlara müraciət etdilər
Azərbaycan qadınları, qadın və uşaq məsələləri üzrə fəaliyyət göstərən QHT-lər və İctimai Birliklər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi çərçivəsində 4 iyul 2017-ci il tarixində Ermənistan işğalçı qüvvələri tərəfindən atəşkəsin yenidən pozulması nəticəsində həlak olmuş və yaralanmış mülki şəxslərlə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediblər.
Təcili yardım həkimi bıçaqlandı
İyulun 6-da saat 2 radələrində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Təcili Tibbi Yardım Stansiyasının qarşısında Qazax rayon sakini Ayaz Hüseynov münaqişə zəminində orada həkim işləyən Bakı şəhər sakini Əflatun Yusifovun qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Ə.Yusifov xəstəxanaya yerləşdirilib. A.Hüseynov Sabunçu RPİ 15-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.
Dərman qutularında narkotik keçirmək istədi
Azərbaycana gələn İran vətəndaşında metadon aşkar olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşına məxsus iki ədəd dərman qutusunda, təsiredici maddəsinin ümumi miqdarı 10 qram olan tramadol və təsiredici maddəsinin ümumi miqdarı 5,98 qram olan metadon adlı dərman preparatları aşkar olunub. Qeyd edək ki, tramadol "Güclü təsir edən maddələrin Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir. Faktla bağlı araşdırma aparılır.
İl ərzində 38 yeni quyu mədənçilərə təhvil verilib
2017-ci ilin iyun ayı ərzində SOCAR tərəfindən Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 10450 metr qazma işi həyata keçirilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu sahədə görülmüş işlərin 10111 metri istismara, 339 metri isə kəşfiyyata aid olub. Ümumiyyətlə, 2017-ci ilin yanvar-iyun aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 73789 metr qazma işi görülmüşdür ki, bunun da 68007 metri istismara, 5782 metri isə kəşfiyyata aid olub. 2017-ci ilin iyun ayında qazmadan alınmış 8, il ərzində isə 38 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.














