PKK –çılar alman jurnalistə hücum etdilər
Türkiyə və türklər haqqında ədalətli məqalələri və çıxışları ilə tanınan məşhur alman jurnalist Martin Layne ( Martin Lejeune) Bremen şəhərində bir məhkəmədə şahid kimi ifadə verib. İfadə zamanı o PKK - terror təşkilatı tərəfdarlarının hücumuna məruz qaldığını bildirib. Məhkəmə binasının çıxışında toplanan bir qrup PKK – çı dəstə jurnalistə hücum edib. Terrorçular Martin Layneye müxtəlif bədən xəsarəti yetiriblər. Hadisə yerindəki polislər qarşıdurmaya müdaxilə etməyərək kənardan seyr ediblər.
6 İyul 2017 14:59 DünyaTürkiyə və türklər haqqında ədalətli məqalələri və çıxışları ilə tanınan məşhur alman jurnalist Martin Layne ( Martin Lejeune) Bremen şəhərində bir məhkəmədə şahid kimi ifadə verib. İfadə zamanı o PKK - terror təşkilatı tərəfdarlarının hücumuna məruz qaldığını bildirib. Məhkəmə binasının çıxışında toplanan bir qrup PKK - çı dəstə jurnalistə hücum edib. Terrorçular Martin Layneye müxtəlif bədən xəsarəti yetiriblər. Hadisə yerindəki polislər qarşıdurmaya müdaxilə etməyərək kənardan seyr ediblər.
Jurnalist ətrafdakı insanların dəstəyi ilə terrorçulardan xilas olub. Hadisə ilə bağlı alman hüquq mühafizə orqanlarından hər hansı bir açıqlama verilməyib və hadisə ilə əlaqədar cinayət işi açılmayıb. Yaralı jurnalist xəstəxanaya yerləşdirilib.