Gündəm

NATO erməni təxribatı nəticəsində ölən azərbaycanlıların ailələrinə başsağlığı verdi

6 İyul 2017 15:54

NATO Azərbaycanın dinc vətəndaşlarına qarşı erməni hərbi təxribatı nəticəsində ölənlərin ailələrinə başsağlığı verib.  NATO-nun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildiriblər: "Biz bu faciənin qurbanlarının ailələrinə başsağlığı veririk".

"Növbəti erməni təxribatı humanizm dəyərlərinə qarşı atılan aşkar həyasızlıq aksiyasıdır"

6 İyul 2017 15:49

"Füzuli rayonunun Alxanlı kəndində nənə və nəvəsinin işğalçı Ermənistan ordusunun atəşi nəticəsində qətlə yetirilməsi bir daha sübut edir ki, cinayətkarların toplaşdığı bu ölkədə heç bir insan hüquqlarına, heç bir bəşəri dəyərlərə qiymət verilmir".

Siyasi plüralizm məkanı

6 İyul 2017 15:48

Azərbaycan 25 ildən artıqdır ki, müstəqil respublika kimi fəaliyyət göstərir. Birmənalı olaraq ölkəmiz müstəqillik əldə etdikdən sonra müstəqilliyinin əsas prinsip və normalarını özündə tətbiq etməyə, onları inkişaf etdirməyə başlayıb. Hər kəsə məlumdur ki, müstəqil, demokratik bir respublikaya xas olan başlıca xüsusisyyətlər həmin ölkədə fikir, söz və məlumat azadlığının təmin olunması, plüralizmin inkişaf etdirilməsidir. Mübaliğəsiz olaraq qeyd edə bilərik ki, qeyd edilən pinsiplər günümüzdə Azərbaycanda ən yüksək səviyyədə qorunur, inkişaf etdirilir.

Düz bağırsağında narkotik  keçirmək istədi

6 İyul 2017 15:45

Astara Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Tütün istehsalı azalıb, spirt isə artıb

6 İyul 2017 15:43

Azərbaycanda tütün istehsalı kəskin azalıb. “Olaylar” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə tütün məmulatlarının istehsalı  38,6 faiz azalıb. Belə ki, carı ilin yanvar-may aylarında cəmi 14.1 milon manatlıq tütün məmulatları istehsal olunub. Lakin tütün məmulatlarının istehsalında azalmanı içki istehsalındadı artımla kompensasiya edilir. Bu ilin birinci yarımilliyində içki istehsalı 78.3 milyon manat təşkil etməklə 37,4 faiz artım müşahidə olunub.

Bağ evlərinin qənimi ələ keçib

6 İyul 2017 15:42

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini tutulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis böləsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 4-də rayon ərazisindəki bağ evlərindən birindən 100 manat pul, qızıl və gümüş əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Asif Quliyev tutulub.

Körpə Zəhranın qətlə yetirilməsinin arxasında beynəlxalq ictimaiyyətin biganəliyi və işğalçı Ermənistana havadarlıq etməsi dayanır

6 İyul 2017 15:40

İşğalçı Ermənistan 4 iyul 2017-ci ildə növbəti qanlı cinayət törətdi. Belə ki, Ermənistan Silahlı Qüvvələri Füzulinin Alxanlı kəndini minaatanlardan və qumbaraatanlardan atəşə tutmuşdur. Düşmənin atdığı mərmi atəşi nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə və onun nəvəsi 18 aylıq Quliyeva Zəhra həlak olmuşdur. Digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz yaralanmışdır.

Bu işğal uzun sürə bilməz

6 İyul 2017 15:39

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, millət vəkili Cavanşir Feyziyevin  verdiyi məlumata görə Qarabağda iyulun 4-də baş vermiş qanlı hadisələrlə bağlı və eləcə də özünü qondarma “Dağlıq Qarabağ » təmsilçisi kimi təqdim edən Hovanes Gevorkyanın  iyunun 22-də Fransanın TV 5 Monde telekanalındakı çıxışına etiraz olaraq Fransada fəaliyyət göstərən Azərbaycan Evi  Bəyanat yayıb. Həmin Bəyanatların mətnini oxucularımızın diqqətinə təqdim edirik.

Azərbaycanlı biznesmeni diri-diri basdıran Lotu Qulinin adamları axtarılır

6 İyul 2017 15:35

İyunun əvvəlində biznesmen Hikmət Salayevin şantajçı-şəriklərinə 30 milyon rubl verməkdən imtina etməsindən sonra diri-diri basdırılması ciddi səs-küyə səbəb oldu. Lakin sahibkarlardan 90-cı illərdəki kimi, rəngarəng və incə fəndlərdən istifadə edib pul qoparmaq davam edir.  Hikmət Salayevin payına düşən ciddi sınaq haqqında iyunun 6-də məlum olub.  KİV-lərdəki məlumata görə, biznesmenin şərikləri ondan 30 milyon rubl tələb ediblər. İş adamı pulu verməkdən imtina edəndə cinayətkarlar onu Lyuberets qəbristanlığında mobil telefonunu saxlamaqla basdırıblar.  Salayev kiçik qardaşı İsmayıla zəng edə bilib və o oğrulara 1,2 milyon rubl və beşinci seriyadan olan BMW avtomobili gətirib. Bundan sonra biznesmentin tərəfdaşları onu haraya basdırdıqlarını göstəriblər. 

Hikmət Hacıyev: "Ermənistan məsuliyyətdən qaça bilməz"

6 İyul 2017 15:29

“Azərbaycanda akkreditasiya olunmuş hərbi attaşelərin və xarici KİV nümayəndələrininFüzuli rayonunun Alxanlı kəndinə səfərinin təşkil olunmasında məqsəd həmin kənddə iyulun 4-də Ermənistan ordusu tərəfindən törədilmiş vəhşiliyin beynəlxalq ictimaiyyətin diqqətinə obyektiv şəkildə çatdırılması olub”.

Böyük Britaniya Parlamentinin üzvləri etiraz edirlər

6 İyul 2017 15:26

Avropa Azərbaycan Cəmiyyətindən  “Olaylar”- a bildirilib ki,  İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutması, Quliyeva Sahibə və onun iki yaşlı nəvəsi Quliyeva Zəhranın həlak olması barədə Avropa Azərbaycan Cəmiyyətinin  sorğusuna Böyük Britaniya Parlamentinin üzvləri Lord Kilkluney, Baronessa Zahidə Mənsur, Mark Menzies münasibət bildiriblər.

Məhkəmə Aleksandr Lapşinin vəsatətini təmin edib

6 İyul 2017 15:18

Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasda üç məcburi köçkün şahid qismində ifadə verib. 

Maliyyə Monitorinqi Xidməti 3 nəfərin adını "qara siyahı"dan çıxardı

6 İyul 2017 15:14

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Maliyyə Monitorinqi Xidməti BMT Təhlükəsizlik Şurasının İŞİD və "Əl-Qaidə" Sanksiya Komitəsinin iyulun 3-də qəbul edilmiş qərarlarına uyğun olaraq ümumi siyahını yeniləyib.

"Azərbaycan multikulturalizmi" fənni Almaniyada

6 İyul 2017 15:11

Multikulturalizm Mərkəzinin  "Azərbaycan multikulturalizmi" fənninin xarici və ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Hal-hazırda sözügedən layihə çərçivəsində respublikamızın 38, dünyanın 15 aparıcı universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris edilir. Mərkəzdən “Olaylar” – a bildirilib ki, bu sıraya daha bir universitet də əlavə olunub. Hazırda Almaniyanın nüfuzlu Vürtsburq Universitetində mütəxəssis Samirə Adışova tərəfindən “Azərbaycan multikulturalizmi” fənninin tədrisi həyata keçirilir. Universitetin magistrlərindən ibarət qrupda seçmə fənn kimi tədris edilən Azərbaycan multikulturalizminin tədrisi prosesində almaniyalı tələbələrə ölkəmizdəki multikultural və tolerant mühit, milli-mənəvi dəyərlərimiz, müxtəlif etnik kökə və fərqli dini etiqada malik insanların əsrlərdir dinc yanaşı yaşaması haqqında ətraflı məlumat verilir. Kurs iyulun sonunda yekunlaşacaq.

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Bəyanat qəbul etdi

6 İyul 2017 15:09

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu İdarə Heyəti,  iyul ayının 4-də Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Fizuli rayonu Alxanlı kəndində mülki əhalini qəsdən atəşə tutması nəticəsində dinc sakinlər, o cümlədən 18 aylıq uşağın həlak olması ilə bağlı baş vermiş insidenti qətiyyətlə pisləyən bəyanat qəbul etmişdir.