Gündəm

Almaniyanı etirazlar bürüyüb

6 İyul 2017 16:25

7-8 iyul tarixində baş tutacaq dünya liderlərinin zirvə görüşü öncəsi etirazçıların nümayişləri səngimək bilmir. Onlar bu dəfə məşhur avtomobil markalarından biri olan “Porche”-nin ofisinə hücum ediblər. Alman polisinin qarşısını almaqda çətinlik çəkdiyi etirazçılar mağazadakı bütün modelləri yandırıblar.

"Dinc azərbaycanlıların qətli bunu edənlərə qarşı böyük nifrət oyadır"

6 İyul 2017 16:21

"Günahsız, dinc mülki insanların qətlə yetirilməsi bunu edənlərə qarşı böyük nifrət oyadır və onlar ittiham olunmalıdırlar". Bunu Pakistanın Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Seyid İmran Əli erməni təxribatı nəticəsində 2 yaşlı Zəhra Quliyevanın və onun nənəsinin həlak olmasına münasibət bildirərkən deyib. O qeyd edib ki, Pakistanın Dağlıq Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyi var - münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT qətnamələrini yerinə yetirməklə həll olunmalıdır: "Pakistan bu prinsiplərə sadiqdir və Azərbaycan dövləti və xalqı ilə həmrəyliyini nümayiş etdirir".

ABŞ-dan Bakıya gətirdiyi qadının başına oyun açdı - TOY FIRILDAĞI

6 İyul 2017 16:13

Bakıda əcnəbi ölkə vətəndaşına qarşı dələduzluq edib. ABŞ vətəndaşı, 1970-ci il təvəllüdlü Elizabeth Rose Albecht hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, Azər adlı şəxs onu aldadaraq 5 min dollar pulunu alıb.

Səmərqənddə “Orta əsr Şərq üləmaları ensiklopediyası” kitabı özbək dilində çap edilib

6 İyul 2017 16:08

Səmərqənd şəhərindəki İmam Buxari Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə “Orta əsr Şərq üləmaları ensiklopediyası” kitabı özbək dilində çap edilib. 612 səhifəlik ensiklopediyanın hazırlanmasında dünyanın 50-yə yaxın ölkəsinin alimləri, şərqşünasları iştirak edib.

Ov tüfəngini polisə könüllü təhvil verdi

6 İyul 2017 16:06

Masazər sakini odlu silahı polisə təhvil verib. DİN-dən “Olaylar”a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Masazır qəsəbə sakini Ataxan Ataxanov "TOZ-8" markalı ov tüfəngini könüllü olaraq Zəngilan RPŞ-yə təhvil verib.

“Davul səsi” mövsümə son qoyacaq

6 İyul 2017 16:06

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı  türk dramaturqu  Hidayət Sayının “Davul səsi” əsərinin nümayişinə hazırlaşır. Teatrın mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, əsər ilk dəfə səhnəyə qoyulur. Tamaşanın məşqləri bir neçə ay əvvəl başlayıb və artıq sona yetməkdədir. Yaxın günlərdə Şəki teatrında premyera baş tutacaq və teatr mövsümə bu əsərlə son qoyacaq. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas  rolları Lalə Məmmədova, Xanlar Həşimzadə, Akif Yusifov, İqrar Salamov, Fidan Lətifova və başqaları canlandıracaqlar.

Keçmiş məhkumdan heroin götürülüb

6 İyul 2017 16:05

Lökbatan sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Lökbatan qəsəbə sakini, əvvəllər məhkum olunmuş Füzuli Hüseynovdan 52,065 qram heroin götürülüb. Onun yaşadığı evə baxış zamanı isə əlavə 1 kiloqram 165 qram heroin aşkar edilərək götürülüb. 

6 ayda 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib

6 İyul 2017 16:04

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum iyulun 6-də İsmayıllı rayonunun Təzəkənd kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Moldovada Zəhra üçün flaşmob və yürüş keçiriləcək

6 İyul 2017 16:02

İyulun 7-də Moldovada Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribata etiraz olaraq fləşmob və etiraz yürüşü keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişinyov şəhərinin mərkəzi meydanında keçirilməsi nəzərdə tutulan fləşmob və yürüşün əsas məqsədi Moldova azərbaycanlıları adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının qətli hadisəsinə etiraz bildirməkdir.

Şirvanda Gənclər Evi açılıb

6 İyul 2017 16:01

Şirvan şəhərində yeni inşa edilmiş “Gənclər evi” nin açılış mərasimi keçirilib. “OLAYLAR” -a Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən bildirilib ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev və digər rəsmilər iştirak ediblər.

Türkiyədə qadınları fahişəliyə cəlb edən azərbaycanlı tutuldu

6 İyul 2017 15:59

Türkiyənin Marmaris bölgəsində polisin oteldə keçirdiyi əməliyyat zamanı rus, gürcü və azərbaycanlı qadınlar da daxil olmaqla, ümumilikdə 5 nəfər saxlanılıb. Marmaris bölgəsinin təhlükəsizlik xidmətinə Kamal Elgin Bulvarındakı üç ulduzlu oteldə fahişəlik edilməsilə bağlı xəbər daxil olub. Ötən gün axşam saatlarında polis tərəfindən oteldə keçirilən əməliyyat zamanı fahişəlik etdikləri müəyyən olunan 38 yaşlı Gürcüstan vətəndaşı T.G, 34 yaşlı Rusiya vətəndaşı G.A. qadınlarla birlikdə olan 40 yaşlı A.Ç. və 45 yaşlı D.I. , fahişəliyə vasitəçilik edən "Nurdan" ləqəbli 46 yaşlı Azərbaycan əsilli N.R. saxlanılıb.

"Bütün Amerika həlak olan azərbaycanlıların ailələri ilə birlikdə hüzn içindədir"

6 İyul 2017 15:58

"Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanın ölümü, kənd sakini Səlminaz Quliyevanın yaralanması bizi çox təəssüfləndirir". Bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin hərbi atteşesi James Tomson deyib.

Yusuf Məmmədəliyev: "Zəhranın ölümü göstərir ki, Ermənistan hakimiyyəti hərbi-kriminal rejimdə işləyir, atəşkəsi pozaraq dinc əhalini öz evində, öz torpağında öldürür"

6 İyul 2017 15:57

2 gün öncə balaca Zəhranın başına gələn hadisə göstərir ki, uzun illər torpaqlarımızı işğal altında saxlayan Ermənistan hakimiyyəti hərbi-kriminal rejimdə işləyir, atəşkəsi pozaraq dinc əhalini öz evində, öz torpağında öldürür.