6 ayda 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum iyulun 6-də İsmayıllı rayonunun Təzəkənd kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum iyulun 6-də İsmayıllı rayonunun Təzəkənd kəndində keçirilib. İqtisadiyyat Nazirliyindən "Olaylar"a verilən məlumata görə, forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, İsmayıllıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev tədbir iştirakşılarına məlumat verərək bildirib ki, 2017-ci ilin birinci yarımilliyi ərzində 690 sahibkara 63,3 milyon manat güzəştli kredit verilib. Bu investisiya layihələrinin reallaşdırılması 2300-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Bu dövrdə verilən güzəştli kreditlərin 76%-i ölkə regionlarının, 24%-i isə Bakı qəsəbələrinin payına düşür. İşgüzar forumda Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1,5 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, müalicə-sağlamlıq mərkəzinin tikintisi və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə layihələrin reallaşdırılması 100-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq. Ümumilikdə isə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 69,3 milyon manat güzəştli kredit verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31