“Davul səsi” mövsümə son qoyacaq

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı  türk dramaturqu  Hidayət Sayının “Davul səsi” əsərinin nümayişinə hazırlaşır. Teatrın mətbuat xidmətindən “Olaylar” – a bildirilib ki, əsər ilk dəfə səhnəyə qoyulur. Tamaşanın məşqləri bir neçə ay əvvəl başlayıb və artıq sona yetməkdədir. Yaxın günlərdə Şəki teatrında premyera baş tutacaq və teatr mövsümə bu əsərlə son qoyacaq. Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas  rolları Lalə Məmmədova, Xanlar Həşimzadə, Akif Yusifov, İqrar Salamov, Fidan Lətifova və başqaları canlandıracaqlar.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı  türk dramaturqu  Hidayət Sayının "Davul səsi" əsərinin nümayişinə hazırlaşır. Teatrın mətbuat xidmətindən "Olaylar" - a bildirilib ki, əsər ilk dəfə səhnəyə qoyulur. Tamaşanın məşqləri bir neçə ay əvvəl başlayıb və artıq sona yetməkdədir. Yaxın günlərdə Şəki teatrında premyera baş tutacaq və teatr mövsümə bu əsərlə son qoyacaq.

Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas  rolları Lalə Məmmədova, Xanlar Həşimzadə, Akif Yusifov, İqrar Salamov, Fidan Lətifova və başqaları canlandıracaqlar.

Tamaşada həmçinin teatrın nəzdində fəaliyyət göstərən studuyanın tələbələri iştirak edəcəklər. Tamaşa zamanı türküləri Türkan Xəlilova ifa edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31