Gündəm
"Qarabağ" polşalı futbolçu ilə iki illik müqavilə imzaladı
Doğum zamanı daha bir ana ÖLÜMÜ
Bu gün səhər saatlarında Ə.D.Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında ana ölümü baş verib. 19 yaşlı Aysel Nemətovanı dünyasını dəyişib. Səhiyyə Naazirliyinin baş mama-ginekoloqu, Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri Sevinc MəmmədovaPublika.az-a açıqlamasında bildirib ki, bu qadının ilk hamiləliyi olub: “Hamiləliyin 39-40-cı həftəsində o, normal doğuş ağrıları ilə müraciət edib. 3 kq 700 qram-lıq oğlan uşağı dünyasını dəyişib. Uşaq sağ-salamatdır. Qadın zahılığın 5-ci günündə dünyasını dəyişib. Aysel Nemətova ağır formalı preeklampsiya xəstəliyindən əziyyət çəkib. Lakin gecikmiş mərhələdə xəstəxanaya müraciət edib. Buna görə də həkimlərin bütün səylərinə baxmayaraq onun xilas etmək mümkün olmayıb”.
Trampdan Rusiyaya İran və Suriya ÇAĞIRIŞI
ABŞ prezidenti Donald Tramp Moskvanı Suriya və İrana dəstək verməkdən imtina etməyə çağırıb. Tramp bu haqda Polşa paytaxtının Krasinski meydanında “Varşava Üsyanı” abidəsinin önündə çıxışında deyib. ABŞ prezidenti həmçinin Rusiyanı Ukraynanın daxili işlərinə müdaxiləyə son qoymağa çağırıb.
Gənc qadın özünü bulvarda dənizə atdı - AİLƏ PROBLEMİ
Bakıda gənc qadın özünü dənizə atıb. Xətai rayon sakini 1989-cu il təvəllüdlü Şəhla Mirzəyeva (ad şərtidir) Neftçilər prospekti 16-nın qarşısında - Dənizkənarı Milli Parkda intihar məqsədi ilə özünü dənizə atıb. Ərazidəki polis əməkdaşları onu xilas ediblər. Ş.Mirzəyeva izahatında bildirib ki, ailə vəziyyəti ilə əlaqədar intihar etmək istəyib.
Avropanın mərkəzi şəhərlərində etirazlar başlayır - Zəhranın qətlinə görə
2 yaşlı Zəhranın Ermənistan ordusu tərəfindən qətlə yetirilməsi Avropanın bir çox ölkələrində etiraz aksiyaları, yürüşlər, fleşmoblar vasitəsilə diqqət mərkəzinə gətiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsi artıq bir çox xarici ölkələrdə hadisə ilə bağlı tədbirlərin keçirilməsi üçün qəti addımlar atıb. Qurumun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hazırda icazə alınma prosesi gedir və sabahdan etibarən Avropa ölkələrində etiraz aksiyalarına başlanacaq. “Aksiyalar, bəyanatlar, fleşmoblar, yürüşlər tədbirlər planımızın tərkib hissəsidir. Artıq icazə alınmaq prosesi gedir. Dünəndən bəri danışıqlar aparırıq, sabahdan isə aksiyalarımız başlayır. Kişniyovda, Kiyevdə, Berlində, Brüsseldə, Haaqada və s. şəhərlərdə aksiyaların keçirilməsi nəzərdə tutulub.
Sarkisyanın ŞOK PLANI: Azərbaycan uşaqlarına qarşı hücum DAYANDIRILMAYACAQ
İyunun 4-də axşam saatlarında erməni hərbi birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndinə hücumu nəticəsində 50 yaşlı Sahibə Quliyevə onun iki yaşlı nəvəsi Zəhra Quliyeva həlak oldu. Həlak olanların cəsədləri, xüsusilə iki yaşlı Zəhranın qəlpə yarası almış körpə bədəni Xocalı dəhşətinin hələ də bitmədiyini bizə xatırlatdı. Lakin dünya birliyinin bu hadisəyə reaksiyası adekvat deyil və dünyanın susqunluğu erməni vandalizminin davam edəcəyinin sübutudur. Hətta düşmən ölkə Azərbaycan uşaqlarını öldürməyə davam edəcəyini gizlətmir də. Alxanlıda qanlı hadisəyə İrəvan rejiminin və Ermənistan mediasının münasibəti belə hücumların davamlı olacağını göstərir. Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan baş vermiş hadisəyə görə həyasızcasına Azərbaycanı ittiham edir. Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan isə körpə Zəhranın qətlini “adekvat addım” adlandırır. Onun sözləri aydın göstərir ki, Ermənistan hədəfinə nail olmayana qədər Azərbaycanın mülki vətəndaşlarına belə zərbələri davam etdirəcək.
"Atılan uşaqları anasına verməyəcəyik" - Sığınacaqdan qərar
Nənəsi tərəfindən atılan üç uşağın anası Xəyalə Kərimovadan yeni məlumat var. Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli "Olaylar" - a açıqlamasında bildirib ki, onlara ananın Bakıda işləməsi ilə bağlı məlumat verilib: "Aldığımız məlumatda bildirlir ki, qadın Abşeron rayonunda mağazada satıcı işləyir. Onun işlədiyi yerdən fotosunu da çəkib bizə atıblar. Ancaq dəqiq ünvan verilməyib. Bunun üçün də həmin yerə hüquq-mühafizə orqanları göndərə bilmərik. Məlumatı verən həmin şəxsdən ünvanı dəqiqləşdirməsini istəmişik. Verilən məlumat dəqiq olmazsa, o şəxsin özü barəsində araşdırma aparılacaq". Uşaqların artıq sığınacaq mühitinə adaptasiya olduğunu deyən V.Akifli bildirir ki, onlar üçün hələ psixoloji reabilitasiya mərhələsi başlanmayıb: "Çünki olaylar hələ yeni yaşanıb, belə uşaqlarda da hər zaman qorxu olur və biz istəyirik ki, baş verənlər barədə onların özləri danışmağa başlasın, mühitə tam adaptasiya olmalarını gözləyirik. Uşaqlar 2 qız və bir oğlandır. Qızlardan birinin 3, digərinin 7, oğlanın isə 6 yaşı var".
Teatra təşəkkür məktubu ünvanlandı
Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Respublikasının və Kalmıkıya Respublikasının əməkdar artist Şövqi Hüseynov Belarus Respublikasının Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Teatrdan “Olaylar” – a bildirlib ki, dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın idarə heyəti Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və Şövqü Hüseynovun ünvanına təşəkkür məktubu və festivalın diplomunu göndərib.
"Ermənistanın Azərbaycanın dinc sakinlərinə hücumları Dağlıq Qarabağ münaqişəsinin həll prosesinə zərər vurur"
Ermənistan Azərbaycanın qoşunların qarşıdurma xəttinə yaxın bölgələrində məskunlaşmış dinc sakinlərə, o cümlədən qadınlara, uşaqlara və qocalara qarşı sistemli, məqsədyönlü hücumlar həyata keçirir. Bu, Azərbaycanın BMT-də və Cenevrədəki digər təşkilatlardakı daimi nümayəndəliyinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, Ermənistanın Azərbaycanın dinc sakinlərinə və mülki obyektlərinə hücumları beynəlxalq humanitar hüquq və insan hüquqlarının, o cümlədən Cenevrə Konvensiyasının və bu konvensiyaya 1 nömrəli əlavənin, Uşaq Hüquqları Konvensiyası və insan hüquqlarının və digər azadlıqların müdafiəsi konvensiyalarının kobud şəkildə pozulması deməkdir.
Məşhur türk jurnalisti Ermənistanı ikinci İŞİD adlandırdı
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması nəticəsində 1967-ci il təvəllüdlü Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyeva qətlə yetirildi. 2 yaşlı Zəhranın qətl edilməsi bütün dünyada erməni vəhşiliyi kimi qəbul olunur. Amma qardaş Türkiyədə bu məsələyə həssaslıq nümayiş etdirilmədi. Halbuki, Azərbaycan cəmiyyəti, xüsusi olaraq da mediamız Türkiyədəki belə məqamlara daim çox isti yanaşıb. Türkiyə mediası və cəmiyyətinin belə qandonduran olaylara kəskin reaksiyası olub. 2 il əvvəl Aralıq dənizində qanunsuz yolla miqrantları daşıyan qayığın aşması nəticəsində 3 yaşlı suriyalı qız Aylan Kürdinin şəkilləri Türkiyənin tanınmış qəzetlərində manşet olmuşdu. Sosial şəbəkələrdə əksəriyyət 3 yaşlı körpənin ölümünü müzakirə edirdi. Hətta əksər sosial şəbəkə istifadəçiləri onun şəklini öz profillərinə yerləşdirmişdilər.
MM Alxanlı şəhidləri barədə AB və AŞ-a məlumat verib
“Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib”. “Olaylar” xəər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iyulun 4-də Ermənistan ordusunun Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş qanlı hadisəyə münasibət bildirərkən deyib.
Moldovada yaşayan azərbaycanlılar Ermənistanın hərbi təxribatına etiraz edir
İyulun 7-də Moldovada Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndində törədilmiş hərbi təxribata etiraz olaraq fləşmob və etiraz yürüşü keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Moldova Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kişinyov şəhərinin mərkəzi meydanında keçirilməsi nəzərdə tutulan fleşmob və yürüşün əsas məqsədi Moldova azərbaycanlıları adından iyulun 4-ü axşam saatlarında Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızının və 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının həlak olmasına etiraz bildirməkdir.
Lukaşenko cəbhədəki qanlı olaydan təəssüfünü ifadə edib
“Belarus prezidenti A.T.Lukaşenko ilə ATƏT PA nın 26 cı illik sessiyasının rəsmi açılış mərasimindəki ayaqüstü qısa görüşümüz zamanı ilk sözü təmas xəttində baş verən insident barədə oldu”. “Olaylar” xəbər verir ki, bunu vitse-spiker, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova öz “Facebook” statusunda yazıb. “Azərbaycanın yüksələn xətlə inkişafını vurğulayan Prezident baş verən hadisədən məlumatlı olduğunu bildirərək, təəssüfünü ifadə etdi”-deyə, əlavə edib.
Naxçıvanlı alimin monoqrafiyası Ukraynada nəşr olundu
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu və Poltava Dövlət Texniki Universitetinin birgə əməkdaşlığı nəticəsində “İqtisadiyyatın enerji effektivliyi: problemləri bu gün və sabah” adlı monoqrafiya Ukraynada nəşr edilib.
ATƏT-in Kiyevdəki ofisinin qarşısında etiraz aksiyası keçiriləcək
Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlıları Gənclər Birliyi ATƏT-in Kiyevdəki ofisinin qarşısında Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan Silahlı Qüvvələrinin növbəti təxribatına etiraz əlaməti olaraq aksiya keçirəcək. “OLAYLAR”-ın xəbərinə görə, aksiyanın keçirilməsində məqsəd Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin dinc sakinlərinin atəşə tutulması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq və dünya birliyini Ermənistan dövlətinin Azərbaycanın işğal olunmuş torpaqlarında özbaşınalığına son qoymağa çağırmaqdır.













.jpg)
