"Qarabağ" polşalı futbolçu ilə iki illik müqavilə imzaladı
6 İyul 2017 17:41 İdman"Qarabağ" klubu polşalı futbolçu Yakup Jezniçakla münasibətlərini rəsmiləşdirib. Ağdam təmsilçisi 30 yaşlı mərkəz müdafiəçisi ilə ikiillik müqavilə imzalayıb.
O, "Qarabağ"da "52" nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, Yakup Jezniçak peşəkar karyerasına 2003-cü ildə Polşa "Vidzev Lodz"unda başlayıb və cəmi bir il sonra ölkəsinin köklü klublarından "Legiya"ya transfer olub. O, son 13 ilini kapitanı olduğu bu komandada keçirib.
Y.Jezniçak 5 dəfə Polşa çempionu, 6 dəfə ölkə kuboku və 1 dəfə də Polşa Super Kubokunun qalibi olub. Klub karyerasında 282 dəfə forma geyinən müdafiəçi 13 qolla yadda qalıb. O, 9 matçda Polşa yığmasının formasını geyinib.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31