MM Alxanlı şəhidləri barədə AB və AŞ-a məlumat verib

“Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib”. “Olaylar” xəər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iyulun 4-də Ermənistan ordusunun  Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş qanlı hadisəyə münasibət bildirərkən deyib.

"Bu növbəti qanlı cinayət Ermənistandakı hərbi-siyasi rejimin terrorçu mahiyyətini, qeyri-insani və cinayətkar simasını bir daha açıq şəkildə bütün dünyaya nümayiş etdirib". "Olaylar" xəər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev iyulun 4-də Ermənistan ordusunun  Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş qanlı hadisəyə münasibət bildirərkən deyib. Aparat rəhbəri bildirib ki, düşmənin Füzulidə azyaşlı körpənin və nənəsinin qətli ilə nəticələnmiş təxribatı haqda məsələ Azərbaycan Parlamentinin nümayəndə heyətinin iştirak etdiyi iclaslarda qaldırılır: "Bununla bağlı Avropa Birliyinə, Avropa Şurasına məlumat verilib və  Azərbaycan Parlamentinin nümayəndə heyətinin iştirak etdiyi iclaslarda məsələ qaldırılıb". S.Mirzəyev həmçinin bildirib ki, Alxanlı hadisəsi ilə bağlı Milli Məclisin ayrı-ayrı işçi qrupları səviyyəsində bəzi ölkələrə bəyanatlar göndərilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31