Teatra təşəkkür məktubu ünvanlandı

Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Respublikasının və Kalmıkıya Respublikasının əməkdar artist Şövqi Hüseynov  Belarus Respublikasının Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən “Dostluq çələngi” adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Teatrdan “Olaylar” – a bildirlib ki,  dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın idarə heyəti Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və Şövqü Hüseynovun ünvanına təşəkkür məktubu və festivalın diplomunu göndərib.

Gənc Tamaşaçılar Teatrının aktyoru, Azərbaycan Respublikasının və Kalmıkıya Respublikasının əməkdar artist Şövqi Hüseynov  Belarus Respublikasının Moqilyovsk vilayətinin Bobruysk şəhərində keçirilən "Dostluq çələngi" adlı xalq yaradıcılığı Beynəlxalq festivalında ölkəmizi təmsil edib. Teatrdan "Olaylar" - a bildirlib ki,  dünyanın 25 ölkəsinin iştirak etdiyi festivalda azərbaycanlı aktyorun çıxışı maraqla qarşılanıb. Festivalın idarə heyəti Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidov və Şövqü Hüseynovun ünvanına təşəkkür məktubu və festivalın diplomunu göndərib.

Bundan əlavə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının butafor-dekorçusu Yekaterina Bıçkova festivalın "Tətbiqi sənət" müsabiqəsinin "Çələng festivalın simvolu kimi festivala hədiyyə" nominasıyasında diplomla təltif olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31