Gündəm
Hakerlər parolları oğurlamaq üçün beyin siqnallarından istifadə edə bilərlər
Alabama və Kaliforniya universitetlərinin tədqiqatçılarının insan beyninin elektrik aktivliyini qeydə alan elektroensefaloqrafik qarniturlarının təhlili maraqlı nəticələr verib. Gözləntilərə görə, belə qarniturlar tezliklə qeymerlər arasında populyar olacaq. Qeymerlər beyin siqnallarının köməyi ilə elektroensefaloqrafik qarniturlardan kompüter oyunlarının personajlarını idarə etmək üçün istifadə edəcəklər.
Rusiya və Ukrayna diasporu Ermənistanın təxribatı ilə bağlı bəyanat yaydı
mumrusiya Azərbaycanlıları Konqresi və Ukrayna Azərbaycanlıları Gənclər Birliyi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması hadisəsi ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindənverilən məlumata görə bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib. Bəyanatda deyilir:
"Napoli"nin futbolçusu Bundesliqa klubunda
"Napoli"nin yarımmüdafiəçisi Conatan de Quzman karyerasını Almaniyada davam etdirəcək. 29 yaşlı futbolçu "Eintracht Frankfurt"un heyətinə qoşulub. Transferin maliyyə tərəfləri açıqlanmır. Müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub. O, iyulun 6-da Frankfurt klubunun Amerikadakı düşərgəsinə gəlib məşqlərə başlayacaq.
Zəhra ilə bağlı kampaniya başladı
Türkiyənin nüfuzlu media qurumları Twitter-də Zəhra ilə bağlı kampaniyaya start veriblər. Türkiyənin İhlas Xəbər Agentliyi (İHA), "Türkiyə" qəzeti və TGRT Haber kanalı Twitter sosial şəbəkəsində "SUSMA! #BebekKatiliErmenistan başlığı ilə paylaşımlar ediblər. Məlumat üçün bildirək ki, İhlas Xəbər Agentliyi Twitter-də 553 min 105 izləyiciyə, "Türkiyə" qəzeti 209 min 410 izləyiciyə, TGRT Haber kanalı isə 386 min 412 izləyicisi sayına sahibdir.
Ərdoğan iki yaşlı şəhidimizə görə İlham Əliyevə ZƏNG ETDİ
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti cəbhə bölgəsində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində iki azərbaycanlı mülki şəxsin – nənə və nəvənin qətlə yetirilməsi ilə bağlı Azərbaycan Prezidentinə və həlak olanların doğmalarına dərin hüznlə başsağlığı verib, Allahdan səbir diləyib. Prezident İlham Əliyev telefon zənginə və başsağlığına görə minnətdarlığını bildirib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri İlham Əliyevə başsağlığı verdi
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - 2012-2017-ci illərdə Bolqarıstan Prezidenti Rosen Plevneliev, 1997-2002-ci illərdə Albaniya Prezidenti Recep Meydani və 2007-2011-ci illərdə Latviya Prezidenti Valdis Zatlers Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı veriblər. Başsağlığında deyilir: "Hörmətli cənab Prezident. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində atəşkəsin növbəti dəfə pozulması və günahsız insanların, xüsusən də körpə qızın qətlə yetirilməsi və mülki əhaliyə dəyən ziyan bizi hədsiz dərəcədə kədərləndirdi.
Amaliya Pənahova: "Həmin insan mənim üçün yoxdur"
"Hər kəs xoşbəxtliyi özü kimi görür. Desəm ki, xöşbəxt deyiləm, yalan olar. 47 il həyat yoldaşımla ömür-gün yoldaşı oldum. İki övladım, üç nəvəm var. 17 yaşımdan səhnədəyəm. İlk rolum elə uğur gətirdi ki... İstədiyim hər şeyə nail olmuşam. Necə deyim xoşbəxt deyiləm?"
Məşhur azərbaycanlı fotoqraf dünyasını dəyişdi
Yığmamız ikinci oyunu darmadağınla qazandı
17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Estoniyada təşkil olunan UEFA İnkişaf Turnirində növbəti oyununu keçirib. Millimiz ikinci matçında meydan sahibləri ilə qarşılaşıb. Qızlarımız bu matçda 4:1 hesablı qələbə qazanıblar.
Klublarımız Avropa Liqasında cavab oyunlarına çıxır
Bu gün Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq. Azərbaycanın bu mərhələdəki hər iki təmsilçisi cavab oyununa çıxacaq.
“İnter”-“Mladost” qarşılaşması bir dəqiqəlik sükutla başlayacaq?
İyulun 6-da baş tutacaq “İnter”-“Mladost” qarşılaşmasında 4 iyulda şəhid olan həmvətənlərimiz bir dəqiqəlik sükutla yad edilə bilər. Bu sözləri Bakının “İnter” futbol klubunun icraçı direktoru Rəmiş Malıyev iyulun 6-da keçiləcək oyunla bağlı Axar.az-a danışarkən deyib.
Yeməyin müstəhəbbatı hansılardır?
Con Terri: "Məqsədim “Çelsi”nin baş məşqçisi olmaqdır"
“Çelsi”nin sabiq kapitanı Con Terri gələcək planlarından danışıb. Bir müddət əvvəl “Aston Villa” ilə anlaşan təcrübəli müdafiəçi gələcəkdə “Çelsi”yə baş məşqçi kimi qayıtmaq istəyir: “Frank Lempardla bu haqda söhbətimiz olub.
Nazirlik istehlakçılara müraciət etdi
İstehlakçı hüquqlarının qorunmasında istehlakçı fəallığı mühüm əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara mal alarkən diqqətli olmağı, onların istehsal və son istifadə tarixlərinə, malın ticarət müəssisəsində saxlanılması şəraitinin onun etiketində göstərilən tələblərə uyğun olmasına, malın etiketində istehsalçının adı və ünvanı barədə dolğun məlumatın olub-olmamasına xüsusi diqqət yetirməyi tövsiyyə edir.
Türkiyədə qanunsuz qumar-mərc saytları bloklanacaq
Türkiyədə qanunsuz fəaliyyət göstərən online qumarxana və mərc oyunlarına qarşı mübarizə başlayıb. Hökumət ailələrin dağılmasına, gəclərin səhv yola düşməsinə səbəb olan və ölkə iqtisadiyyatına zərər vurən qanunsuz qumar və mərc oyunları ilə mübarizə məqsədilə 2 illik plan hazırlayıb.














