Türkiyədə qanunsuz qumar-mərc saytları bloklanacaq
Türkiyədə qanunsuz fəaliyyət göstərən online qumarxana və mərc oyunlarına qarşı mübarizə başlayıb. Hökumət ailələrin dağılmasına, gəclərin səhv yola düşməsinə səbəb olan və ölkə iqtisadiyyatına zərər vurən qanunsuz qumar və mərc oyunları ilə mübarizə məqsədilə 2 illik plan hazırlayıb.
6 İyul 2017 18:03 DünyaTürkiyədə qanunsuz fəaliyyət göstərən online qumarxana və mərc oyunlarına qarşı mübarizə başlayıb. Hökumət ailələrin dağılmasına, gəclərin səhv yola düşməsinə səbəb olan və ölkə iqtisadiyyatına zərər vurən qanunsuz qumar və mərc oyunları ilə mübarizə məqsədilə 2 illik plan hazırlayıb. Planda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub:
- Qanunsuz qumar və mərc oyunları təşkil edənlərin gəlirləri müsadirə ediləcək;
- Qumar təşkil olunan məkanlar möhürlənəcək;
- Qumar və mərc oyunlarının reklamı qadağan olunacaq, bu cür saytlar bloklanacaq;
- Qumardan qazanılan pulların banklara köçürülməsinə və ya internetlə başqa hesablara göndərilməsinə imkan verilməyəcək;
- Qanunsuz köçürmələrdə bank kartı və ya kredit kartından istifadə mümkün olmayacaq;
- Qanunsuz qumar və mərci təşviq edən saytlar bloklanacaq;
- Qumar saytlarına giriş imkanı yaradan kafelərə ağır cəzalar veriləcək;
- Bu sahədəki hüquq pozuntularını araşdırmaq üçün prokurorluqda xüsusi qrup yaradılacaq;
- Bitcoin, ethereum, ripple kimi ödəmə kanalları əngəllənəcək;
- Online xəbərdarlıq sistemi qurulacaq;
- Qumar-mərc saytlarına daxil olanlara xəbərdarlıq gələcək;
- Axtarış sistemlərinə nəzarət ediləcək;
- Kafelər başda olmaqla, hər yerə xəbərdarlıq məqsədilə afişalar asılacaq;
- Gənclər, uşaqlar maarifləndiriləcək.
Lent.az