“İnter”-“Mladost” qarşılaşması bir dəqiqəlik sükutla başlayacaq?
İyulun 6-da baş tutacaq “İnter”-“Mladost” qarşılaşmasında 4 iyulda şəhid olan həmvətənlərimiz bir dəqiqəlik sükutla yad edilə bilər. Bu sözləri Bakının “İnter” futbol klubunun icraçı direktoru Rəmiş Malıyev iyulun 6-da keçiləcək oyunla bağlı Axar.az-a danışarkən deyib.
6 İyul 2017 18:21 İdmanİyulun 6-da baş tutacaq "İnter"-"Mladost" qarşılaşmasında 4 iyulda şəhid olan həmvətənlərimiz bir dəqiqəlik sükutla yad edilə bilər. Bu sözləri Bakının "İnter" futbol klubunun icraçı direktoru Rəmiş Malıyev iyulun 6-da keçiləcək oyunla bağlı Axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, oyun bizim meydançada keçirilsə də, təşkilatçı və sahib olaraq Avropa Futbol Təşkilatının izni vacibdir:
"Artıq bununla bağlı UEFA-ya rəsmi müraciət ünvanlanıb. Baş verən hadisə hər birimizin kədəridir. Çox istərdik ki, baş təşkilat müraciətimizə müsbət cavab versin".
Xatırladaq ki, iyunun 4-də Füzulinin Alxanlı kəndi Ermənistan ordusu tərəfindən atəşə məruz qalıb. Atəşkəsin pozulması zamanı ermənilər ağır silahlardan da istifadə ediblər. Nəticədə iki dinc sakin həlak olub. Həlak olanlardan biri 2 yaşlı qız uşağı Zəhra Quliyevadır.