"Napoli"nin futbolçusu Bundesliqa klubunda

"Napoli"nin yarımmüdafiəçisi Conatan de Quzman karyerasını Almaniyada davam etdirəcək. 29 yaşlı futbolçu "Eintracht Frankfurt"un heyətinə qoşulub. Transferin maliyyə tərəfləri açıqlanmır. Müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub. O, iyulun 6-da Frankfurt klubunun Amerikadakı düşərgəsinə gəlib məşqlərə başlayacaq.

"Napoli"nin yarımmüdafiəçisi Conatan de Quzman karyerasını Almaniyada davam etdirəcək. 29 yaşlı futbolçu "Eintracht Frankfurt"un heyətinə qoşulub. Transferin maliyyə tərəfləri açıqlanmır. Müqavilə 2020-ci ilə kimi nəzərdə tutulub. O, iyulun 6-da Frankfurt klubunun Amerikadakı düşərgəsinə gəlib məşqlərə başlayacaq. De Quzman ötən mövsüm icarə əsasında "Chievo"nun şərəfini qoruyub.  Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31