Gündəm
Acun İlıcalıdan "O səs Türkiyə" açıqlaması
Son günlər "O səs Türkiyə"nin münsiflər heyətinin dəyişəcəyi, Yıldız Tilbenin komandaya daxil olması barədə xəbərlər yayılıb. Proqramın aparıcısı Acun İlıcalı Tvitter-də bununla bağlı açıqlama yayıb. O, TV8-də yayımlanan "3 Adam"ın da bağlanacağı barədə xəbərlərə aydınlıq gətirib. "3 Adam"la da, "O səs Türkiyə" münsiflər heyəti ilə də yeni mövsümlə bağlı görüşməmişik və hələ ki heç bir yeni qərar yoxdur".
Bergüzar Korel TANINMAZ HALDA
Gündəlik həyatda rahat geyimlərə üstünlük verən Bergüzar Korel dağınıq stililə diqqət çəkib. Dünən aktrisa tək başına mağazaları dolaşıb alış-veriş edərkən görüntülənib. Sonra isə o, dostları ilə restoranda görüşüb. Bu yaxınlarda saç stilini dəyişib xırda-xırda hörməyə qərar verən aktrisanın dağınıq və hippi tərzində geyinməsi nəzərdən qaçmayıb.
Sevgilisi həbs olunan Tubadan GÖZLƏNİLMƏZ ADDIM
Son günlərdə sevgilisinin həbs olunması ilə gündəmə gələn məşhur aktrisa Tuba Büyüküstün baş rolda oynadığı filmin qala gecəsinə qatılmayıb. İlk premyerası Çexiyada keçirilən “Daha” adlı filmin rejissorluğunu Tubanın köhnə həyat yoldaşı Onur Saylak edib.
Hamilələrə maşın sürmək olar? - XÜSUSİ QAYDALAR
Qadınların əksəriyyəti maşın sürməkdən böyük zövq alırlar. Onlar sükan arxasında oturarkən özlərini çox rahat və xoşbəxt hiss edirlər. Bəs hamiləlik zamanı maşın sürmək olamı?
"Onun mənim üçün yerdəki toz qədər dəyəri yoxdur"
Aparıcı-aktrisa Deniz Akkaya müğənni-aktrisa Hülya Avşarla bağlı inanılmaz fikirlər səsləndirib. Aparıcı "Women's Style" dərgisinə müsahibəsində şəxsi həyatından da danışıb: "8 yaşındakı qızım Ayşənin atasından (Efe Önbilgin) 2 yaşından aliment ala bilmirəm. Amma Amerikada qumar masalarında 200-300 min dollar xərclədiyini bilirəm. "Pulum yoxdur" deyib məhkəməyə alimentdən imtina şikayəti vermişdi, amma yalançı şahidlərinə rəğmən hakim onun iddiasını rədd etdi".
“Twitter”də yalanları işarələyən düymə yaradıla bilər
"Twitter" mikrobloq xidməti istifadəçilərin yalan və ya təhlükəli informasiya daşıyan "tvit"ləri işarələməsinə imkan verən funksiyanın tətbiqini nəzərdən keçirir. Söhbət "Twitter"dəki hər paylaşımın altında əlavə düymənin yerləşdirilməsindən gedir. Bu düyməni basmaqla istifadəçi öz şübhələri barədə "Twitter" əməkdaşlarını xəbərdar edəcək. Hələlik layihə ilkin mərhələdədir və təşəbbüsün baş tutub-tutmayacağı məlum deyil. Şirkətin rəsmi nümayəndəsi Emili Horn yaxın vaxtlarda bu funksiyanın tətbiqinin nəzərdə tutulmadığını bildirib.
Tez-tez əllərinizi yuyursunuz, evi yığışdırırsınızsa... Sizdə bu pozulma ola bilər!
Təmizlik, səliqə insanın ən gözəl xüsusiyyətlərindəndir. Lakin bəzən bu xüsusiyyətlər çox qabarıq, anormal forma alır ki, bu halda söhbət artıq obsessiv-kompulsiv psixiki pozulmadan gedir.
Hibrid noutbuk təqdim olundu
"Panasonic" şirkəti hibrid formalı təhlükəsiz "Toughbook CF-XZ6" noutbukunu təqdim edib. Yeni cihaz şirkət top menecerləri, biznes konsultant, merçendayzer, auditor və dövlət qulluqçuları üçün nəzərdə tutulub.
Metal korpusla təchiz edilmiş “ZTE Blade V7 Plus” smartfonu təqdim edilib
“ZTE Blade V7 Plus” smartfonu rəsmən təqdim edilib. Orta səviyyəli qurğular sinfinə məxsus yeni cihaz metal korpusla təchiz edilib. “ZTE Blade V7 Plus” 1920x1080 piksel (Full HD) təsvir ölçülü 5,2 düymlük ekran, 1,3 QHs takt tezlikli 8 nüvəli “MediaTek MT6753” prosessoru ilə təchiz edilib və “Android 6.0 Marshmallow” əməliyyat sistemi ilə idarə olunur. “Mali T720-MP3” çipi qrafikanın canlandırılmasında istifadə olunur.
“Qualcomm Snapdragon 821” prosessorlu “Galaxy S8 mini” smartfonu təqdim ediləcək
Cənubi Koreyanın “Samsung” şirkəti qabaqcıl “Galaxy S8” smartfonunun mini-versiyasını təqdim edəcək. Təqdimatı iyulda baş tutacaq qurğu yeni “Qualcomm Snapdragon 835” prosessorundan deyil, “Qualcomm Snapdragon 821” çipindən istifadə edəcək.
"Zəhranın qisası bəlkə də alınıb" - General Aydəmirov
"Ermənistan bizə yalvarır ki, müharibəni başlayaq. Ancaq Ermənistan heç vaxt açıq müharibəyə getməz. Nə qədər güclü havadarları, himayədarları olsa belə. Onların hərbi psixologiyaları, hərbi və siyasi rəhbərlərinin psixologiyası bundan ibarətdir. Onlar bilirlər ki, Azərbaycan tərəfi cavablarını artıqlaması ilə verəcək. Ona görə də Ermənistan əhalisinin başını aldatmağa çalışırlar. Sakinləri inandırmaq istəyirlər ki, cəbhə bölgəsində vəziyyət pisdir, Azərbaycan tərəfi atəş açır, biz də məcbur olub atəş açdıq. Normal həbiçi qadına, uşağa güllə atarmı? Onlar normal deyillər. Sözsüz ki, bunun cavabını qəti sürətdə alacaqlar, özlərini peşman vəziyyətə gətirəcəklər". Bu fikirləri Azərbaycan Ordusunun sabiq korpus komandiri, Birinci Qarabağ müharibəsinin iştirakçısı, general-leytenant Yaşar Aydəmirov səsləndirib.
Qətər böhranı: Yaxın Şərqi parçalama planının bir hissəsi
"Ərəb baharı" adlanan qeyri-müəyyənlik və risklərlə dolu bir prosesin müsəlman ölkələrinə gətirdiyi faciələr davam edir. İraq, Suriya, Liviya və Misirdən sonra Qətəri ortaya atıblar. Lakin bu sonuncu ilə bağlı fərqli ssenarilərin qurulduğu hiss edilir. Belə ki, Qətərə qarşı bir neçə ərəb ölkəsini qoyurlar. Həm də bunu başqa müsəlman dövlətləri olan İran və Türkiyəyə qarşı yönəltmək şərti ilə edirlər. Dohadan tələb olunur ki, İranla əlaqələri ümumiyyətlə kəssin və Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlıq etməsin. Kifayət qədər qərəzli, anti-müsəlman mahiyyətli və təxribatçı tələblərdir. Çünki müsəlman dövlətindən tələb edirlər ki, başqa müsəlman ölkələrinə düşmən kəsilsin və nicatı xristian ölkələrində tapsın. Nə yazıq ki, buna dəstək verən dörd müsəlman-ərəb ölkəsi də vardır. Bu kimi proseslərin fövqündə geosiyasi proseslərin hansı istiqamətdə dəyişə biləcəyi çox düşündürücüdür. "Qətər baharı": yeni parçalama ssenarisi
Səsli siqnal kağız biletləri əvəz edəcək
“Ticketmaster” şirkəti “Lisnr” startapı ilə birlikdə yüksəktezlikli siqnallardan bilet qismində istifadəyə imkan verəcək texnologiya hazırlayır. 18,7-19,2 kilohers takt tezlikli siqnalı istənilən mobil qurğudan, məsələn, smartfondan səsləndirmək mümkündür. Bunun üçün qurğunu bilet haqqında informasiyanı oxuyaraq istifadəçinin şəxsiyyətini təsdiq edən xüsusi skanerə yaxınlaşdırmaq tələb olunur.
Azərbaycan XİN Rusiyanın ittihamlarına CAVAB VERDİ
"Rusiya Federasiyası Xarici işlər Nazirliyinin təkrarən erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycan ərazisinə daxil olması məsələsinə diplomatik etikadan kənar formada münasibət bildirməsi çox təəccüblü və başa düşülən deyil. Bu xüsusda Rusiya tərəfinin təqdim etdiyi qeyri-dost münasibət heç bir halda iki dövlət arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun gəlmir". Bu barədə "Olaylar" - a Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildiriblər. Qeyd olunub ki, ümumiyyətlə, Rusiya və Azərbaycan arasında diplomatik əlaqələr qurulduqdan sonra 25 il ərzində son dövrə qədər bu məsələ heç bir zaman gündəmə gəlməyib: "İndiki zamanda Rusiya tərəfinin bu məsələdə həddən ziyadə fəallıq
"Islam News France": Heç bir millət, heç bir lobbi erməni vəhşiliklərini dəstəkləyə
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün nə zaman real addımlar atılacaq və Azərbaycan vətəndaşlarının həyat təhlükəsizliyi təmin olunacaq? Bu sual Fransanın "Islam News France" müsəlman nəşrindəki məqalədə səsləndirilib. Məqalədə vurğulanıb ki, heç bir millət, heç bir lobbi erməni vəhşiliklərini dəstəkləyə bilməz.














