“Twitter”də yalanları işarələyən düymə yaradıla bilər
"Twitter" mikrobloq xidməti istifadəçilərin yalan və ya təhlükəli informasiya daşıyan "tvit"ləri işarələməsinə imkan verən funksiyanın tətbiqini nəzərdən keçirir. Söhbət "Twitter"dəki hər paylaşımın altında əlavə düymənin yerləşdirilməsindən gedir. Bu düyməni basmaqla istifadəçi öz şübhələri barədə "Twitter" əməkdaşlarını xəbərdar edəcək. Hələlik layihə ilkin mərhələdədir və təşəbbüsün baş tutub-tutmayacağı məlum deyil. Şirkətin rəsmi nümayəndəsi Emili Horn yaxın vaxtlarda bu funksiyanın tətbiqinin nəzərdə tutulmadığını bildirib.
6 İyul 2017 19:14 Dünya"Twitter" mikrobloq xidməti istifadəçilərin yalan və ya təhlükəli informasiya daşıyan "tvit"ləri işarələməsinə imkan verən funksiyanın tətbiqini nəzərdən keçirir. Söhbət "Twitter"dəki hər paylaşımın altında əlavə düymənin yerləşdirilməsindən gedir. Bu düyməni basmaqla istifadəçi öz şübhələri barədə "Twitter" əməkdaşlarını xəbərdar edəcək. Hələlik layihə ilkin mərhələdədir və təşəbbüsün baş tutub-tutmayacağı məlum deyil. Şirkətin rəsmi nümayəndəsi Emili Horn yaxın vaxtlarda bu funksiyanın tətbiqinin nəzərdə tutulmadığını bildirib.
WP xatırladır ki, "Twitter" yalan xəbərlərin, spamların yayılması və terror təbliğatı da daxil olmaqla, çoxsaylı problemlərlə üzləşib. Xüsusən ABŞ-dakı prezident seçkilərindən sonra "Twitter"in ünvanına "fake" xəbərlərlə bağlı ittihamlar artıb. Lent.az