Gündəm
YUNESKO - dan Viyana qərarı
Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı Dünya Miras Komitəsi, tarixi şəhər kimi tanınan Vyananın mərkəzində yeni inşa edilən binaların şəhərin universal dəyərini itirməsinə səbəb olduğunu bildirdi. “Olaylar” “Anadolu” agentliyinə istinadən bildirir ki, YUNESKO-dan verilən yazılı açıqlamada Avstriyanın paytaxtı Vyanada inşa edilən və təxminən 66 metrin üzərindəki yeni strukturların, şəhərin özünə xas xüsusiyyətini itirməsinə və universal dəyərini itirməsinə gətirib çıxardığı ifadə edilir.
Çində 44 nəfər həlak oldu
Çinin cənub-şərqindəki Xunan vilayətinin Ninsyan rayonun əhalisinin 815 min nəfəri (əhalinin 56 faizi) daşqınlardan zərər çəkib. Daha 44 nəfər isə ölmüş və itkin düşmüş sayılır. Təbii fəlakət rayonun 60 illik tarixində ən güclüsü olub. Yağıntıların illik miqdarı normadan 31,8 faiz və ya 461,1 millimetr artıq olub. Təbii hadisə səbəbindən 14 min dağılıb, 70 küçədə bənd və yollar zədələnib, 22 min hektardan çox kənd təsərrüfatı sahəsi su altında qalıb. 13 yaşayış məntəqəsi elektriksiz qalıb, yeddi yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
76 polis yaralandı
Almaniyanın Hamburq şəhərində etirazçılarla toqquşmalarda 76 polis əməkdaşı xəsarət alıb. Bu barədə şəhər polis idarəsinin məlumatında bildirilir. Xəsarət alanlardan bir nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına ambulator tibbi yardım göstərilib.
Hadisə : "Azərbaycana səbir diləyirəm...”
İyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzulinin Alıxanlı kəndinə atdığı mərmi nəticəsində həyatını itirən 2 yaşlı Quliyeva Zəhra Elnur qızının ölüm xəbərinə türkiyəli müğənni Hadisə də biganə qalmayıb. Məşhur müğənni bu barədə 5, 8 milyondan çox izləyicisi olan instaqram hesabında yazıb:
“ASAN Viza” sistemi yeniliklərin tətbiqinə başladı
İyulun – 6 dan etibarən “ASAN Viza” sisteminin inkişafı və təkmilləşdirilməsi ilə bağlı hazırlanmış dəyişikliklərin tətbiqinə başlanılıb. Azərbaycan Respublikası Prezidentinin “ASAN Viza” sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Fərmanına müvafiq olaraq tətbiqinə başlanılan bu yeniliklər bir neçə istiqamətdədir. Belə ki, 6 iyul 2017-ci il tarixdən etibarən sərhədkeçmə sənədi ilə elektron vizada qeyd edilən məlumatlar arasında uyğunsuzluqlar aşkar edildikdə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs məlumatlarda müvafiq düzəlişlər edərək vizanın təkrar alınması üçün evisa.gov.az internet səhifəsi vasitəsilə müraciət edə bilər. Qeyd olunan tarixdən elektron vizaların etibarlılıq müddəti ölkədə qalma müddəti 30 gün olmaqla 90 gün təşkil edir.
Nazir Oğuzda vətəndaşları qəbul edəcək
İyulun 7 - də Səhiyyə naziri Oqtay Şirəliyev Oğuz Mərkəzi Rayon Xəstəxanasında vətəndaşlar üçün qəbul keçirəcək. Nazirlikdən "Olaylar" - a bildirilib ki, nazir Oğuz, Şəki, Zaqatala, Balakən və Qaxda rayon sakinlərini qəbul edəcək və səhiyyə sahəsinə dair vətəndaşları maraqlandıran sualları cavablandıracaq. Qəbulda sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.
Nazir vətəndaşları qəbul etdi
İyulun 6 -da Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov Balakən şəhərində yerləşən Mədəniyyət Mərkəzində Balakən, Qax, Zaqatala və Şəki rayonlarında yaşayan vətəndaşlarla görüşüb. Nazirlikdən "Olaylar" - a bildirlib ki, qəbul zamanı 40-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilib, müraciətlərinə baxılıb. Vətəndaşların müraciətləri əsasən ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, geologiya və s. məsələlərlə bağlı olub.
"Dinc sakinlərin öldürülməsi terror kimi qiymətləndirilməlidir"
Dinc sakinlərin, xüsusilə də qadın və uşaqların öldürülməsi terror kimi qiymətləndirilməlidir. Azərbaycanın Misirdəki səfirliyindən verilən məlumata görə, bunu Misir-Azərbaycan Dostluq Cəmiyyətinin Baş katibi Əbdürrəhman Səd iyulun 4-də erməni silahlı birləşmələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində törətdikləri təxribatla bağlı deyib.
Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında etiraz aksiyası
Ermənistanın Rusiyadakı səfirliyinin qarşısında aksiya keçirilib. Aksiyanı Azərbaycan diaspor fəalı Səttar Qəmbərov təşkil edib. O, əlində Azərbaycan bayrağı iyulun 4-də Füzulinin Alxanlı kəndində Ermənistan Silahlı Qüvvələrinin artilleriya atəşi nəticəsində həlak olan iki yaşlı Zəhra Quliyevanın qan içində olan cəsədinin fotolarından ibarət "Uşaq qatilləri" yazılan plakatla Ermənistan səfirliyinin qarşısında təkbaşına etiraz edib.
Qırıcı təyyarə qəzaya uğradı
Hindistan ordusuna məxsus “MiQ-23” qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə ölkənin şimal-qərbində Racastxan ştatının, Balesar yaşayış məntəqəsinin Coxxopur rayonunda olub. hər iki pilot katapult edib.
Beyonsun ərindən şok açıqlama: "Anam lezbiyandır..."
Pop ulduz Beyonsun əri, amerikalı repçi Jay Z anasının cinsi azlıq nümayəndəsi olduğunu etiraf edib. 48 yaşlı ifaçı "Smile" adlı mahnısının Gloria Carterə həsr edib.
"Atletiko" Torreslə müqavilə yenilədi
"Atletiko Madrid" Fernando Torresin müqavilə müddətini uzadıb. 33 yaşlı hücumçu daha 1 il Madrid klubunun formasını geyinəcək. Torres ötən ay Meksika klubundan gələn əlverişli təklifi rədd etmişdi. "El Nino" 2003-07-ci illərdə də bu klubun uğurları üçün çalışmışdı.
Millimiz 4 pillə gerilədi
Bu gün milli komandaların FİFA reytinqi açıqlanıb. Siyahıda bir sıra dəyişikliklər olub. Buna səbəb son 35 gündə DÇ-2018-in seçmə mərhələsində, Konfederasiyalar kubokunda keçirilən matçlar, həmçinin yoxlama görüşlərinin nəticələridi. Azərbaycan millisi yeni cədvəldə 80-ci yerdə qərarlaşıb. Yığmamızın hesabında 427 xal var.
"Nə dalaşmışıq, nə də xəyanət olub"
Sevgilisi Lider Şahindən ayrılan müğənni İrem Derici ilk açıqlamasını verib. Bir illik münasibətinə son qoyan ifaçı ayrılığa xəyanətin səbəb olması dedi-qodularına cavab verib: "Həyatımın ən göəzl 1 ilini dünyanın əsl centlmen insanı ilə keçirdim. Nə dalaşmışıq, nə də xəyanət olub. Lider mənim menecerim deyil. Mənim menecerim 5 ildir ki, eyni adamdır".
Aktrisanı gecə otelə aparan iş adamı: "Həmin xanımı tanımıram" - VİDEO
Türkiyəli iş adamı Serdar Bilgili gecə birlikdə otelə getdiyi iddia edilən aktrisa Deniz Çakırhaqda maraqlı açıqlaması ilə diqqət çəkib.













