Gündəm
Ermənistanda hərbiçilər qəzaya düşdü
Ermənistanda Vanadzor-Dilican yolunda Müdafiə Nazirliyinə məxsus “Kamaz” markalı yük avtomobili qəzaya düşüb. Yol-nəqliyyat hadisəsi nəticəsində iki hərbi qulluqçu yaralanıb. Şahidləri bildirirlər ki, qəzaya səbəb yolu keçən inəklər olub.
Hülya Avşardan Zəhra ilə bağlı paylaşım
Türkiyəli müğənni-aktrisa Hülya Avşar da ermənilər tərəfindən öldürülən 18 aylıq Zəhraya biganə qalmayıb. Sənətçi 2,1 milyon izləyicisi olan İnstaqram səhifəsində "Bunun adı terrordur. Uşaq qatilləri cəzasız qalmamalıdır" başlıqlı yazı paylaşıb.
Ərdoğan: "Rusiya Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qarşı deyil"
Rusiya Türkiyənin Suriyada yeni hərbi əməliyyatına qarşı deyil. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanAlmaniyada jurnalistlərə deyib. R.T.Ərdoğan qeyd edib ki, Ankara və Moskva Suriya ərazisində mümkün yeni hərbi əməliyyatın detallarını müzakirə ediblər: "Bu məsələ ABŞ-ın dövlət katibi Reks Tillersonla da müzakirə olunacaq".
Fransalı senator: "Ən dəhşətlisi günahsız körpənin həlak olmasının səssiz qarşılanmasıdır"
Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndinin atəşə tutulması və bu təxribat nəticəsində kənd sakinləri Sahibə Allahverdiyeva və onun nəvəsi Zəhra Quliyevanın həlak olması ilə bağlı məsələyə münasibət bildirən Fransa senatoru Alen Huper bu hadisəni "insan fəlakəti" adlandırıb.
Almaniyalı deputat: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir ”
Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin ofisi tərəfindən verilən sorğuya cavab olaraq Almaniya Bundestaqın Xristian Demokrat İttifaqından olan deputatı Olav Quitting bəyanatla çıxış edib. Avropa Azərbaycan Cəmiyyəti həmin bəyanatı“Olaylar” – a təqdim edir. Bəyanatda bildirilir ki, almaniyalı deputatlar Azərbaycanın Fizuli rayonunda Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı kədərli xəbərdən təəssüf hissi keçiriblər. Onlar bu əraziləri qanunsuz işğal etmiş erməni silahlı qüvvələrinin vəhşiliyinin qurbanı olmuşlar. Bundan əlavə, ermənilərin açdığı atəş nəticəsində bir neçə dinc sakin də ciddi xəsarət alıb. Vəziyyətin bu cür gərginləşməsi son dərəcə narahatlıq doğurur və münaqişənin sülh yolu ilə həllinə ciddi təhlükə yaradır.
Meksika səfiri: "Dağlıq Qarabağ münaqişəsini təcili həll etmək lazımdır"
"Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Azərbaycanın mülki şəxslərinin həlak olması göstərir ki, Dağlıq Qarabağ münaqişəsini təcili olaraq həll etmək lazımdır". Bunu Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini deyib.
AMEA- dan növbəti mənzil AÇIQLAMASI
“Olaylar” AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyevin AMEA-da yaranmış mənzil problemi ilə əlaqədar açıqlamasını təqdim edir. “AMEA ilə “Evrostroy-S” MMC arasında 14 noyabr 2012-ci il tarixində bağlanmış müqaviləyə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, 12 ünvanında yerləşən yataqxananın ərazisində yeni inşa edilən binalardan AMEA-nın həmin yataqxanada yaşayan elmi işçilərinin köçürülməsi üçün mənzil ayrılması məsələsi barədə 23 iyun 2017-ci il tarixində mətbuatda geniş açıqlama yayılmışdı.
Robert Sekuta: ABŞ Azərbaycanın çox fəal tərəfdaşıdır
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Amerikanın Səsinə müsahibəsində iki ölkə arasındakı 25 illik münasibətlərin yekunlarından və perspektivlərindən danışıb.
Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır
Ələt-Astara istiqamətində yeni yolun əsas hissəsinin tikintisi yekunlaşır. “Azəravtoyol” ASC-nin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 692 dairəvi və düzbucaqlı su keçidinin, 69 yeraltı keçidin, 47 körpünün və 3 qovşağın tikintisi nəzərdə tutulub ki, sadalanan əksər mühəndisi qurğu artıq tikilərək istifadəyə tam hazır vəziyyətə gətirilib.
Paytaxtda 398 ədəd piyada keçidi normalara uyğun yerləşdirilməyib
Paytaxt yollarında nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsini şərtləndirən ən vacib məqam hərəkətin düzgün təşkil edilməsidir ki, Bakı Nəqliyyat Agentliyi də bu sahədə mövcud vəziyyətin öyrənilməsi, problemlərin aşkar edilərək aradan qaldırılması ilə bağlı mühüm tədbirlər həyata keçirməkdədir.
Minsk qrupunun fəaliyyətsizliyi Ermənistanı yeni terror fəaliyyətlərinə həvəsləndirir
“Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücümlar beynəlxalq hüquq və insan haqlarının, Uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır”.
Beynəlxalq ictimaiyyət Ermənistanın qeyri-insani hərəkətlərinə laqeyd qalmamalıdır
“Yaşayış məntəqələrinin qəsdən hədəf seçilməsi, azyaşlı körpənin, yaşlı qadının həlak olması və digərinin ağır yaralanması, mülki obyektlərə ciddi zərər vurulması bir daha göstərir ki, Ermənistan qeyri-insani hərəkətlərini hələ də davam etdirir”.
Erməni əsgərin anası: "Oğlum niyə Ermənistanın qurbanı oldu?"
Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun əsgəri Suren Mosiyanın qeyri-döyüş şəraitində ölümü ilə bağlı çağırış məntəqəsi komissiyasının kardiolquna qarşı cinayət işi açılıb.
Avropa Parlamentinin üzvləri: "Ermənistanın hərbi cinayətləri qorxaqlığın təcəssümüdür"
“Ermənistanın AzərbaycanınFüzuli rayonunun Alxanlı kəndində törətdiyi hərbi cinayət nəticəsində iki mülki vətəndaş qətlə yetirilib. Biz təxribat qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı veririk və Azərbaycan xalqına dəstəyimizi ifadə edirik". Bu barədə Avropa Parlamentinin deputatları Raşida Dati (Fransa, Avropa Xalqlar Partiyası), İveta Qriqule (Latviya, Avropa naminə Liberallar və Demokratların Alyansı -ALDA) və İvo Vayqlın (Sloveniya, ALDA) cəbhə xəttində baş verən son hadisələrlə əlaqədar birgə bəyanatında bildirilir.
ABŞ Suriya üzrə Rusiyaya təzyiq göstərməkdə davam edəcək
ABŞ Suriya üzrə Rusiyaya təzyiq göstərməkdə davam edəcək. Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Nauert bildirib. “Biz, Rusiyanın Suriyada xüsusi məsuliyyət daşıdığına əminik... və biz onlara təzyiq göstərməkdə davam edəcəyik”, - deyə o bildirib.














