Minsk qrupunun fəaliyyətsizliyi Ermənistanı yeni terror fəaliyyətlərinə həvəsləndirir
“Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücümlar beynəlxalq hüquq və insan haqlarının, Uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır”.
7 İyul 2017 11:17 Siyasət"Azərbaycan mülki əhalisinə və mülki obyektlərə qarşı sistematik xarakter almış belə hücümlar beynəlxalq hüquq və insan haqlarının, Uşaqların hüquqlarına dair beynəlxalq konvensiyanın ciddi şəkildə pozulmasıdır". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər "Bizim Nəsil" Gənclərin Regional İnkişaf Assosiasiyası İctimai birliyinin iyulun 4-də baş vermiş erməni təxribatına etiraz əlaməti olaraq yaydığı bəyanatda öz əksini tapıb. Bəyanatda qeyd edilib ki, Ermənistanın hərbi - siyasi rəhbərliyi mülki əhalini, o cümlədən uşaqları hədəf alaraq bölgədə gərginliyin daha da artırılmasına yönəlmiş təxribat xarakterli alçaq fəaliyyətlərini davam etdirir: " Təəssüf ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, beynəlxalq qurumların ikili standartları işğalçı Ermənistanı yeni - yeni terror fəaliyyətlərinə həvəsləndirir. Son olaylar bir daha göstərir ki, Ermənistanın sülh yolu ilə zəbt etdiyi torpaqları tərk etməsinə ümidlər aradan qalxır. Münaqişə zonasında baş verəcək gərginliyə görə məsuliyyət işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür".