Beynəlxalq ictimaiyyət Ermənistanın qeyri-insani hərəkətlərinə laqeyd qalmamalıdır
“Yaşayış məntəqələrinin qəsdən hədəf seçilməsi, azyaşlı körpənin, yaşlı qadının həlak olması və digərinin ağır yaralanması, mülki obyektlərə ciddi zərər vurulması bir daha göstərir ki, Ermənistan qeyri-insani hərəkətlərini hələ də davam etdirir”.
7 İyul 2017 11:15 Siyasət"Yaşayış məntəqələrinin qəsdən hədəf seçilməsi, azyaşlı körpənin, yaşlı qadının həlak olması və digərinin ağır yaralanması, mülki obyektlərə ciddi zərər vurulması bir daha göstərir ki, Ermənistan qeyri-insani hərəkətlərini hələ də davam etdirir". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirlər "Üfüq" Gənclərin İnkişafına Naminə İctimai Birliyi yaydığı bəyanatda əksini tapıb. Bəyanatda qeyd edilib ki, Ermənistan dövləti təcavüzkar siyasəti ilə beynəlxalq hüququn normalarını, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının müddəalarını, həmçinin Uşaqların hüquqlarına dair və İnsan hüquqlarının müdafiəsi və fundamental azadlıqlara dair Konvensiyanı ciddi şəkildə pozmağa davam edib. "Üfüq" Gənclərin İnkişafına Naminə İctimai Birliyi olaraq bu acı hadisəni qətiyyətlə pisləyirik, hesab edirik ki, beynəlxalq ictimaiyyət bu cür qəddarlıq və qeyri-insani hadisələrə laqeyd qalmamalıdır: "Bununla bağlı dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə, Birləşmiş Millətlər Təşkilatına və digər mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulması məqsədilə qətiyyətli səylər göstərməyə, ikili yanaşmalara son qoymağa və Azərbaycanın haqqlı mövqeyini dəstəkləməyə çağırırıq".