Gündəm

Burak Yılmaza ağır cəza

7 İyul 2017 12:38

Hamburqda nümayişçilər polis məntəqəsinə hücum etdilər

7 İyul 2017 12:28

Almaniyanın Hamburq şəhərində antiqlobalistlər federal polis məntəqəsinə hücum ediblər. Hücuma Altona rayonundakı polis ofisi məruz qalıb. Bundan başqa, bu rayonda nümayişçilər bir neçə avtomobili yandırıblar.

Azərbaycanlılara qan udduran şəxs ələ keçdi

7 İyul 2017 12:26

1990-cı illərdə Moskvada fəaliyyət göstərən “Orexovo-Medvedkovo” kriminal qruplaşmasının lideri Aleksandr Şarapov həbs edilib. Lent.az-ın Rusiya İstintaq Komitəsinin rəsmi saytına istinadən məlumatına görə, Şarapov 16 il idi, Rusiyada axtarışa verilmişdi.

Tarkanın yeni mahnısı plagiat çıxdı - VİDEO

7 İyul 2017 12:23

Müğənni Tarkanın yeni "10" adlı albomunun məşhur mahnılarından olan "Beni çok sev" plagiat çıxıb. Mahnının Cem Özkanın oxuduğu "Olmayacak bir hayal"a benzemesi diqqətdən qaçmayıb. Sosial mediada "Tarkana yaraşmadı" kimi şərhlər yazılıb. Əgər bənzərlik sübut olunarsa, müğənni təzminat ödəməli olacaq. TMC musiqi şirkəti bənzərliyi araşdırmaya başlayıb.

Ana 4 oğlunu və ərini öldürdü

7 İyul 2017 12:21

Amerikada dəhşətli qətl hadisəsi törədilib. Amerikanın Georgia ştatında qadın 4 doğma oğlunu və ərini öldürüb. Polis hadisə yerinə gedəndə dəhşətə gəlib. Onlar 5 nəfərin qan içində cəsədini görüblər. Dəhşətli cinayətdən cəmi bir nəfər, ailənin ən azyaşlı qızı sağ qalıb. Qadın saxlanılıb. Cinayətlə bağlı araşdırma davam etdirilir.

Azərbaycanın Moldovadakı səfiri: “Ermənilərin Füzulidəki vəhşiliyi vandalizm və terror aktıdır”

7 İyul 2017 12:18

Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov ermənilərin vəhşiliyi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı xüsusi bəyanatla çıxış edib. Diplomat ermənilərin dinc sakinləri atəşə tutmasını vandalizm və terror aktı adlandırıb: “Müasir dünyada dinc mülki əhalinin maraqlarını və hüquqlarını qoruyan beynəlxalq hüquq normaları insan haqlarının və fundamental azadlıqların müdafiəsinin əsasını təşkil edir.

DADP sədri: “İşğalçı beynəlxalq hüququn tələblərinə əhəmiyyət vermir”

7 İyul 2017 12:14

“Ermənistanın Azərbaycanın mülki əhalisinə və mülki obyektlərə birbaşa və qəsdən hücumları, beynəlxalq humanitar hüququn və insan haqlarının, xüsusilə 1949-cı il Cenevrə Konvensiyaları və ona 1 saylı Əlavə, həmçinin Uşaqların hüquqlarına və İnsan hüquqlarının müdafiəsi və fundamental  azadlıqlara dair Konvensiyanın ciddi şəkildə pozulmasıdır”.  Bu barədə açıqlamanı Demokratik  Azərbaycan  Dünyası  Partiyasının (DADP) sədri Əlisahib Hüseynov verib.

Mübariz Əhmədoğlu: “ABŞ-ın davranışında hərbi elementlər qabarıq şəkildə özünü göstərir”

7 İyul 2017 12:09

“ABŞ-ın davranışında hərbi elementlər qabarıq şəkildə özünü göstərir”. Bunu  Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. Onun sözlərinə görə, Suriyada ABŞ bir neçə hərbi əməliyyatlar keçirdi: “Növbəti hərbi aksiyalara hazırlaşır.

Biz onlardan hər hansı söz yığınından ibarət bəyanat deyil, konkret fakt üzrə hesabat gözləyirik

7 İyul 2017 12:05

İyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alıxanlı kəndi ərazisində yaşayan vətəndaşların hədəf alınması və qəsdən hücumları nəticəsində Allahverdiyeva Sahibə (1967-ci il təvəllüdlü) və onun 2 yaşlı nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı qətlə yetirilib, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri almışdır.

57 nəfər saxlanıldı

7 İyul 2017 12:04

İstanbulda Türkiyə Baş prokurorluğunun təlimatı ilə FETO və PDY silahlı terror qruplaşmasına qarşı əməliyyat tədbirləri həyata keçirilib. “Olaylar” “Milliyyet” - ə istinadən bildirir ki, əməliyyat İstanbulun 32 qəsəbəsində həyata keçirilib. Əməliyyat zamanı müxtəlif peşə sahiblərindən olan 57  nəfər şübhəli şəxs qismində saxlanılıb. Saxlanılan şəxslərə məxsus kompüterlər və mobil telefonlar təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.

XİN: Ermənistan rəhbərliyi nifrət təbliğatı aparır

7 İyul 2017 12:01

“Müasir beynəlxalq humanitar hüququn və insan hüququnun başlıca prinsiplərindən biri də ksenofobiya və cəmiyyətdə nifrət aşılanmasının kənara qoyulmasıdır”. “Olaylar” xəbər verir ki, bu sözləri Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. 

Beynəlxalq təşkilatlara müraciət ünvanlandı

7 İyul 2017 12:00

İyulun 6-da Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstən fondu və “Xəzər” İssık Kul Azərbaycanlıları ictimai birliyi keçirdiyi tədbirdə beynəlxalq təşkilatlara və dünyanın aparıcı dövlətlərinin  liderlərinə müraciət ünvanlayıblar.

BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır

7 İyul 2017 11:51

BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır. Bu barədə brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bildirib. O, tərəfləri hər cür hərbi hərəkətlərdən çəkinməyə və vəziyyətin sakitləşməsi və növbəti zorakılığın qarşısının alınması üçün addımlar atmağa çağırıb. "BMT-nin baş katibinin 2017-ci il iyun 22-də verdiyi bəyanatda bildirdiyi kimi, hamımız təhlükəsizlik vəziyyətinin pisləşməsi, eləcə də bu yaxınlarda təmas xəttində atəşkəs rejiminin pozulması faktı ilə bağlı narahatıq", - S.Düjarrik Nyu-Yorkda brifinqdə vurğulayıb.

Çavuşoğlu: “Danışıqlar nəticəsiz qaldı”

7 İyul 2017 11:45

İsveçrədə iyunun 28-də başlanan 10 günlük Kipr Konfransı nəticəsiz başa çatıb. Bu haqda Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu danışıqların nəticələrinə görə keçirilən mətbuat konfransında deyib. “Türkiyə üzərinə düşən hər şeyi edib. “Annan Planı”nın da təəssüf ki, yunanlar tərəfindən rədd edilməsinə baxmayaraq, Kipr probleminə ədalətli, hərtərəfli və davamlı bir həll tapmaq üçün hər cür töhfə verdik. Bundan başqa, adanın türk tərəfinin bu müddətdə nümayiş etdirdiyi konstruktiv rolu təqdir etmək lazmdır. Təəssəf ki, danışıqlar nəticəsiz yelunlaşdı”, - türkiyəli nazir bildirib.

Ermənilərin yaraladığı Sərvinaz Quliyevadan xəbər var

7 İyul 2017 11:42

Ermənilərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Sərvinaz Quliyeva bu gün Horadiz şəhər xəstəxanasına köçürüləcək. Bu barədə Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov məlumat verib.