Gündəm

Ermənistanda təbii fəlakət: əhali yolu bağladı - Baş nazirin gəlməsini tələb edirlər

7 İyul 2017 13:16

Ermənistanın Araqacotn vilayətini dolu vurub. Tarlaları, bağları məhv olan ermənilər mərkəzi yolları bağlayıb.

Azərbaycanlılar Vaşinqton və Nyu Yorkda etiraz aksiyaları keçirəcək

7 İyul 2017 13:10

Amerika Birləşmiş Ştatlarında yaşayan soydaşlarımız İyulun 4-də Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz yerləşdirilən Ermənistan Silahlı Qüvvələrinin dinc sakinlərin həlak olması və yaralanması ilə nəticələnən təxribatına etiraz olaraq Vaşinqton və Nyu York şəhərlərində aksiyalar keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a DİDK-nin mətbuat xidmətindən daxil olub.

İsveç-Azərbaycan Federasiyası beynəlxalq təşkilatlara etiraz məktubu göndərib

7 İyul 2017 13:08

İsveç-Azərbaycan Federasiyası iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın, nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın yaralanması ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu ünvanlayıb.

"Putinlə görüşü səbirsizliklə gözləyirəm" - Tramp

7 İyul 2017 13:06

Amerika lideri Donald Tramp rusiyalı həmkarı ilə görüş barədə danışıb. Tramp Vladimir Putinlə görüş gününü səbirsizliklə gözlədiyini deyib. O, bu barədə öz Tvitter hesabında yazıb: "Mən dünya liderləri ilə, eyni zamanda, Vladimir Putinlə görüşü səbirsizliklə gözləyirəm. Müzakirə ediləcək mövzular çoxdur".

Səudiyyə Ərəbistanında yaraqlılar təhlükəsizlik qüvvələrinin patruluna hücum edib

7 İyul 2017 13:02

Yaraqlıların Səudiyyə Ərəbistanının şərqində təhlükəsizlik qüvvələrinin patruluna hücumu nəticəsində 1 hərbçi həlak olub, daha 6 nəfər yaralanıb. Bu barədə  "RİA Novosti" xəbər verir.

Azərbaycanda təhsil alan əcnəbi tələbələr Zəhra üçün müraciət qəbul ediblər

7 İyul 2017 13:01

Azərbaycanda təhsil alan bir qrup əcnəbi tələbə Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı törədilən təxribatla bağlı müraciət edib.

"Washington Times": "Dinc sakinlərin öldürülməsi Ermənistanın yeni hərbi doktrinasıdır"

7 İyul 2017 12:59

Amerikalılar Müstəqillik günü ilə əlaqədar atəşfəşanlıq edərkən, Azərbaycanın Dağlıq Qarabağ regionunu işğal etmiş erməni hərbçiləri günahsız dinc sakinlərə qarşı hücum təşkil edib.

Rusiyanın nüvə silahına cavabdeh olan general işdən çıxarıldı

7 İyul 2017 12:57

Rusiya prezidenti Vladimir Putinin istefaya göndərdiyi generallar arasında ölkənin bütün nüvə silahının saxlanmasına və xidmət olunmasına görə cavabdeh olan general-leytenant Yuri Sıçinda olduğu bildirilir.

Hollandiya hökuməti Türkiyəli məmuru "arzuolunmaz şəxs" elan etdi

7 İyul 2017 12:56

Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti "arzuolunmaz şəxs" ("persona non-qrata") elan edib. Toğrul Türkeşin iylun 15-də dövlət çevirilişinə cəhdin ildönümü ilə bağlı krallıqda yaşayan türklərin təşkil etdiyi tədbirə qatılması planlaşdırılmışdı. Hollandiya hökumət bildirib ki, iki dövlət arasında mövcud vəziyyətlə bağlı baş nazirin müavininin ölkəyə səfəri və tədbirdə iştirak arzuolunmazdır.

Yepiskop 2 yaşlı Zəhranın öldürülməsi ilə bağlı Sarkisyana açıq məktub göndərdi

7 İyul 2017 12:54

Ermənistan ordusunun Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini iyul ayının 4-də atəşə tutması nəticəsində Sahibə Quliyeva və onun 2 yaşlı nəvəsi Zəhra Quliyevanın öldürülməsi ilə bağlı Los Ancelesdə fəaliyyət göstərən "Churches in Action" (Hərəkətdə olan Kilsələr) təşkilatının və Los Anceles Dinlərarası Şurasının sədri, ABŞ-da və dünyanın müxtəlif yerlərində 40-dan çox kilsənin yaradıcısı, Kaliforniyanın ən nüfuzlu xristian din xadimlərindən olan Yepiskop Xuan Karlos Mendez Ermənistan prezidenti Serj Sarkisyana açıq məktub ünvanlayıb.

Avtobusu saxlayıb sərnişinlə öpüşən sürücü saxlanıldı

7 İyul 2017 12:53

İtaliyada qəribə hadisə baş verib. İtaliyalı avtobus sürücüsü sərnişin avtobusunu saxlayıb, sərnişinlə öpüşdüyünə görə məhkəməyə çağırılıb. İçərisi dolu sərnişin olan avtobusun sürücüsüz halda dayandığını görən polislər əvvəlcə sürücünün halının pis olduğunu düşünüblər. Lakin onlar yaxınlıqdakı çəmənlikdə uzanan sürücünü gördükdə təəccübləniblər. 

"Artıq beynəlxalq birlik Ermənistanın təxribatçı olduğunu anlayır"

7 İyul 2017 12:51

"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına - ermənilərin törətdikləri sonuncu təxribat cavabsız qalmayacaq və o, layiqli cavabını alacaq". Bunu deputat Musa Qasımlı deyib.

Mərkəz sədri: “Ermənistan –İsrail müttəfiqliyinə İranın münasibəti maraqlı olacaq” 

7 İyul 2017 12:50

“Ermənistan –İsrail müttəfiqliyinə İranın münasibəti çox maraqlı olacaq”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. 

Bakıda güclü külək, rayonlarda leysan, dolu

7 İyul 2017 12:48

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək.

Azərbaycana güclü hücum - Səfirlik ittihamlara cavab verir

7 İyul 2017 12:44

Dünən Azərbaycanın Bolqarıstandakı səfirliyi bəyanatla çıxış edərək, Bolqarıstan kütləvi informasiya vasitələrində guya Azərbaycanın diplomatik təyyarələri ilə Suriyaya silah daşınması ilə bağlı dərc olunmuş yazılara cavab verib.