Hollandiya hökuməti Türkiyəli məmuru "arzuolunmaz şəxs" elan etdi

Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti "arzuolunmaz şəxs" ("persona non-qrata") elan edib. Toğrul Türkeşin iylun 15-də dövlət çevirilişinə cəhdin ildönümü ilə bağlı krallıqda yaşayan türklərin təşkil etdiyi tədbirə qatılması planlaşdırılmışdı. Hollandiya hökumət bildirib ki, iki dövlət arasında mövcud vəziyyətlə bağlı baş nazirin müavininin ölkəyə səfəri və tədbirdə iştirak arzuolunmazdır.

Türkiyə baş nazirinin müavini Toğrul Türkeşi Niderland hökuməti "arzuolunmaz şəxs" ("persona non-qrata") elan edib. Toğrul Türkeşin iylun 15-də dövlət çevirilişinə cəhdin ildönümü ilə bağlı krallıqda yaşayan türklərin təşkil etdiyi tədbirə qatılması planlaşdırılmışdı. Hollandiya hökumət bildirib ki, iki dövlət arasında mövcud vəziyyətlə bağlı baş nazirin müavininin ölkəyə səfəri və tədbirdə iştirak arzuolunmazdır. Bu haqda "Reuters" məlumat yayıb.

Qeyd edək ki, cari il martın 11-də Niderland hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun uçduğu təyyarənin Rotterdama enməsinə icazə verməmişdi. Bundan başqa, Hollandiya polisi Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanı Türkiyənin Rotterdamdakı baş konsulluğuna da buraxmayıb. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31