"Artıq beynəlxalq birlik Ermənistanın təxribatçı olduğunu anlayır"
"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına - ermənilərin törətdikləri sonuncu təxribat cavabsız qalmayacaq və o, layiqli cavabını alacaq". Bunu deputat Musa Qasımlı deyib.
7 İyul 2017 12:51 Siyasət"Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini atəşə tutması, Sahibə Quliyevanın və iki yaşlı nəvəsi Zəhra Quliyevanın həlak olmasına - ermənilərin törətdikləri sonuncu təxribat cavabsız qalmayacaq və o, layiqli cavabını alacaq". Bunu deputat Musa Qasımlı deyib.
Bütün baş verənlərdə məsuliyyət işğalçı, cinayətkar Ermənistan hakimiyyətinin üzərinə düşdüyünü deyən deputat söyləyib ki, hərbçilərin olmadığı bir yaşayış məntəqəsində mülki əhalinin hədəf seçilməsi azərbaycanlıların gözünü qorxutmağa yönəlib: "İşğalçı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini mütəmadi hədəf alması, xüsusən, Füzuli rayonunun Alxanlı kəndində yaşlı qadın və 2 yaşlı körpənin öldürülməsi bu qondarma dövlətin təcavüzkar, terrorçu mahiyyətindən xəbər verir. Bundan başqa Düşmən ölkəni Prezident İlham Əliyevin sərəncamına əsasən, bərpa edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə insanların qayıdışı narahat edir. Çünki, təcavüzkar ölkə təmas xəttindəki kəndlərdə erməniləri saxlaya bilmir. Onlar qaçıb gedirlər".
M. Qasımlı qeyd edib ki, Ermənistan hərbi birləşmələrinin son təxribatı artıq beynəlxalq ictimaiyyətdə də ciddi narahatlıq yaradıb: "Bu, beynəlxalq birliyin söylədiyi fikirlərdən və verilən bəyanatlarda da öz əksini tapır. Artıq dünyanın aparıcı təşkilatları öz bəyanatlarında baş verənlərin günahkarının Ermənistan olduğunu qeyd edirlər. Beynəlxalq birlik Ermənistanı təxribatçı, beynəlxalq qanunvericiliyin tələblərini kobud şəkildə pozan və ona riayət etməyən, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozan dövlət olduğunu anlayır".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Sia.az