İsveç-Azərbaycan Federasiyası beynəlxalq təşkilatlara etiraz məktubu göndərib
İsveç-Azərbaycan Federasiyası iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın, nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın yaralanması ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu ünvanlayıb.
7 İyul 2017 13:08 Siyasətİsveç-Azərbaycan Federasiyası iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın, nəvəsi 2 yaşlı Zəhranın həlak olması, Sərvinaz Quliyevanın yaralanması ilə bağlı beynəlxalq təşkilatlara etiraz məktubu ünvanlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a daxil olan məlumata görə, etiraz məktubunda bildirilib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması faktı beynəlxalq qurumlar tərəfindən qəti şəkildə pislənilməlidir. İsveç-Azərbaycan Federasiyası etiraz mətktubunda beynəlxalq ictimaiyyəti, ATƏT-in Minsk qrupunda həmsədr ölkələri, BMT-ni təcavüzkar Erməni Silahlı Qüvvələrinə qarşı konkret addımlar atmağa, habelə beynəlxalq hüquq norma və prinsiplərinə uyğun sərt sanksiyalar tətbiq etməyə çağırıb.
Qeyd edək ki, etiraz məktubu BMT, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə, Avropa Parlamentinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına, İsveç hökumətinə, İsveç Xarici İşlər Nazirliyinə, İsveçin Avropa İttifaqındakı Parlament nümayəndəliyinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinə göndərilib.