Səudiyyə Ərəbistanında yaraqlılar təhlükəsizlik qüvvələrinin patruluna hücum edib
Yaraqlıların Səudiyyə Ərəbistanının şərqində təhlükəsizlik qüvvələrinin patruluna hücumu nəticəsində 1 hərbçi həlak olub, daha 6 nəfər yaralanıb. Bu barədə "RİA Novosti" xəbər verir.
7 İyul 2017 13:02 DünyaYaraqlıların Səudiyyə Ərəbistanının şərqində təhlükəsizlik qüvvələrinin patruluna hücumu nəticəsində 1 hərbçi həlak olub, daha 6 nəfər yaralanıb. Bu barədə "RİA Novosti" xəbər verir.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mənsur ət-Türkinin verdiyi məlumata görə, təhlükəsizlik qüvvəllərinin əməkdaşları Əş-Şərqiyyə dairəsinin Əl-Katif rayonunda yerləşən Əl-Əvamiyyə yaşayış məntəqəsində növbə çəkərkən hücuma məruz qalıblar. Onun sözlərinə görə, hazırda araşdırmalar davam etdirilir. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31