Avtobusu saxlayıb sərnişinlə öpüşən sürücü saxlanıldı
İtaliyada qəribə hadisə baş verib. İtaliyalı avtobus sürücüsü sərnişin avtobusunu saxlayıb, sərnişinlə öpüşdüyünə görə məhkəməyə çağırılıb. İçərisi dolu sərnişin olan avtobusun sürücüsüz halda dayandığını görən polislər əvvəlcə sürücünün halının pis olduğunu düşünüblər. Lakin onlar yaxınlıqdakı çəmənlikdə uzanan sürücünü gördükdə təəccübləniblər.
7 İyul 2017 12:53 Dünyaİtaliyada qəribə hadisə baş verib. İtaliyalı avtobus sürücüsü sərnişin avtobusunu saxlayıb, sərnişinlə öpüşdüyünə görə məhkəməyə çağırılıb. İçərisi dolu sərnişin olan avtobusun sürücüsüz halda dayandığını görən polislər əvvəlcə sürücünün halının pis olduğunu düşünüblər. Lakin onlar yaxınlıqdakı çəmənlikdə uzanan sürücünü gördükdə təəccübləniblər.
Adı açıqlanmayan sürücü saxlanılıb. Milli.Az İtaliyanın ANSA agentliyinə istinadla xəbər verir.