Ermənistanda təbii fəlakət: əhali yolu bağladı - Baş nazirin gəlməsini tələb edirlər
Ermənistanın Araqacotn vilayətini dolu vurub. Tarlaları, bağları məhv olan ermənilər mərkəzi yolları bağlayıb.
7 İyul 2017 13:16 DünyaErmənistanın Araqacotn vilayətini dolu vurub. Tarlaları, bağları məhv olan ermənilər mərkəzi yolları bağlayıb.
"News.am"ın xəbərinə görə, məhsullar tamamilə yararsız vəziyyətə düşüb. Vilayət rəhbəri Suser Qurgen Zakaryan bildirib ki, dəymiş zərərin həcmi bəlli deyil. Bütün vilayət ağsaqqalları regional idarəyə və icra orqanlara məlumat veriblər.
Hadisədən sonra bölgə camaatı yolları bağlayıb və nəqliyyatın hərəkəti dayanıb. Məlumata görə, etirazçılar baş nazirin vilayətə gəlməsini tələb edirlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31