Gündəm

Hərbiçilər hədəfə alındı

7 İyul 2017 13:56

Sinay yarmadasının şimalında səhər saatlarında terror hadisəsi baş verib. Hadisə nəticəsində 10 Misir hərbçisi həlak olub. Hadisə ilə bağlı polisin verdiyi son məlumata əsasən silahlılar Rafah şəhərinin Əl-Baras rayonunda hərbçiləri hədəfə alıblar.

Azərbaycanlı deputat ATƏT PA-da 2 yaşlı Zəhradan danışdı

7 İyul 2017 13:55

Milli Məclisin depitatı, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Elşad Həsənov qurumun Minsk şəhərində davam edən iclasında çıxış edib. “Olaylar” xəbər verir ki, millət vəkili qeyd edib ki, bu gün ATƏT məkanında ən aktual məsələ dondurulmuş münaqişələrin həlli ilə bağlıdır.

Mahsun Kırmızıgül: “Bu aləmdə uşaqlar hələ də ölməyə davam edir”...

7 İyul 2017 13:53

Türkiyəli müğənni, rejissor və aktyor  Mahsun Kırmızıgül sosial şəbəkə hesabından Ermənistan silahlı qüvvələri tərəfindən öldürülən 18 aylıq Zəhra ilə bağlı paylaşım edib.

Azərbaycanın tarazlaşdırılmış siyasəti kimləri narahat edir?

7 İyul 2017 13:52

Keçən ilin aprel ayında cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata Azərbaycan Silahlı Qüvvələrinin verdiyi layiqli cavab, eləcə də uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsindən sonra istər yaxın qonşu, istərsə də uzaq ölkələr, həmçinin beynəlxalq təşkilat və qurumlar tərəfindən Azərbaycana olan münasibət dəyişməyə başladı.

Rusiya XİN-in qeyri-obyektiv yanaşması

7 İyul 2017 13:51

Vaxtaşırı şimal qonşumuz Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə tərəfsizlik prinsipini bir kənara qoyub, ATƏT-in Minsk qrupunda təmsil olunduğunu nəzərə almadan açıq və dolayı şəkildə Ermənistanın maraqlarına xidmət edən addımlar atır, açıqlama və bəyanatlar verir.

Ali Radanın deputatı: "Ermənilər tərəfindən iki yaşlı uşağın öldürülməsi növbəti hərbi cinayətdir"

7 İyul 2017 13:49

Azərbaycanın iki vətəndaşının, o cümlədən iki yaşlı uşağın öldürülməsi beynəlxalq ictimaiyyətin pislədiyi növbəti hərbi cinayətdir. Onun təşkilatçılarını isə hərbi tribunal gözləyir. Bu, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Maksim Kuryaçinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, bu faciə müxtəlif dondurulmuş münaqişələrdə status-kvonun qəbuledilməzliyini bir daha təsdiq edir.

Münaqişədən ən çox zərər çəkən Azərbaycan qadınlarıdır

7 İyul 2017 13:45

Dünyada heç nə insan həyatından daha dəyərli deyil. Düşmən bizdən insanlarımızın dəyərli həyatlarını almaqdadır. Qondarma tarix, əsassız torpaq iddiaları, ardından da insanlığa qarşı fiziki və mənəvi terror. Son 26 ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı, dinc sakinlərimizin və hərbçilərimizin məhv edilməsi ilə keçib.

Ermənistan beynəlxalq sanksiyaya məruz qala bilərmi?

7 İyul 2017 13:42

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Beynəlxalq ictimaiyyət erməni vandalizminə biganədir

7 İyul 2017 13:39

Cəbhədə erməni təxribatının sayı və miqyası artdıqca, beynəlxalq təşkilatlar və qurumların da erməni vandalizmi və terrorizminə biganə münasibəti özünü çılpaqlığı ilə göstərir. Necə ki, bu günlərdə işğalçı Ermənistan daha bir vandalizm və insanlıq əleyhinə cinayətə əl ataraq yenidən Azərbaycanın kəndlərinə, mülki vətəndaşlara atəş açaraq 2 yaşlı Zəhranı və onun nənəsini qətlə yetirdi. Bununla İrəvan bir daha terrorçu və vandal bir ölkə olduğunu ortaya qoydu, insanlıq əleyhinə cinayətlər törətməyə davam edəcəyini nümayiş etdirdi. Bu həm də Ermənistanın, eləcə də onun havadarlarının Dağlıq Qarabağ probleminin sülh, danışıqlar yolu ilə həllinə maraqlı olmamaları, mövcud status-kvonu saxlamağa cəhd göstərdiklərinin təsdiqidir. Ən azı iyulun 4-də baş vermiş erməni təxribatına olan beynəlxalq səssizlik bunu deməyə əsas verir.

Kristof-André Frassa: “Azyaşlıların hədəfdə olması  ağırdır”

7 İyul 2017 13:36

Erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində Sahibə Quliyeva və onun iki yaşlı nəvəsi Zəhra Quliyevanın qətlə yetirilməsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin Fransa ofisi tərəfindən verilən sorğuya cavab olaraq Fransa-Qafqaz Dostluq Qrupunun üzvü Senator Kristof-André Frassa açıqlama verib. Avropa Azərbaycan Cəmiyyəti açıqlamanı “Olaylar” – a təqdim edir:

Fiziki və hüquqi şəxslərin hesablarına nəzarət gücləndirilir

7 İyul 2017 13:36

Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar vergi sistemindən də yan keçməyib. Ölkədə iqtisadi inkişafın dinamikliyinin təmini və sahibkarlığın formalaşması məqsədilə vergi qanunvericiliyinə edilən dəyişikliklər artıq nəticəsini verməkdədir. Bunula paralel olaraq vergi sistemində bir sıra yeniliklər tətbiq olunmaqdadır ki, artıq həmin mexanizmlər çoxsaylı xarici ölkələrdə sınaqdan çıxıb. Belə ki, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentində maliyyə institutlarının məsul şəxsləri üçün Ümumi Hesabatlılıq Standartının (CRS) tətbiqinə start verilib. Maraqlıdır, sözügedən yenilik ölkə iqtisadiyyaına nə verəcək?

Belarus XİN ermənilərin Füzulidə qətlə yetirdiyi uşağın ailəsinə başsağlığı verib

7 İyul 2017 13:34

Belarus Dağlıq Qarabağ münaqişəsinin yalnız danışıqlar masası arxasında dialoq yolu ilə həllinə tərəfdardır. Bu barədə Belarus Xarici İşlər Nazirliyinin erməni silahlı qüvvələrinin iyulun 4-də Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində Sahibə Quliyeva və 2 yaşlı nəvəsi Zəhra Quliyevanın ölümü ilə əlaqədar yaydığı bəyanatda deyilir.

Mərakeş səfirliyi: "Zəhra Quliyeva və nənəsinin faciəvi ölümündən son dərəcə təəssüf hissi keçiririk”

7 İyul 2017 13:33

“Mərakeşin Azərbaycandakı səfirliyi iyulun 4-də Füzulinin Alxanlı kəndində Zəhra Quliyeva və nənəsinin faciəvi ölümündən son dərəcə təəssüf hissi keçirir”. Bu barədə səfirliyin bəyanatında deyilir. “Biz günahsız qurbanların ailələrinə və qardaş Azərbaycan xalqına başsağlığımızı çatdırırıq”, - deyə bəyanatda bildirilir.

MTRŞ: Əvvəlki mövsümlərdəki qədər ciddi qanun pozuntuları və xoşagəlməz hallara rast gəlinmir

7 İyul 2017 13:32

"Cari yayım mövsümü bitmək üzrədir. Bir sıra seriallar, sosial layihələr sezon finalına çıxır. Görülmüş tədbirlər nəticəsində hazırda əvvəlki mövsümlərdəki qədər ciddi qanun pozuntuları, xoşagəlməz hallara rast gəlinmir. Lakin bu, monitorinqlərin intensivliyini azaltmır". Bunu  Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, Proqramlaşdırma və Analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, yayda da monitorinqlər tam ciddiliyi ilə davam edəcək.

Almaniyanın Hannover şəhərində erməni təxribatına qarşı aksiya keçiriləcək

7 İyul 2017 13:26

Almaniyanın Hannover şəhərində fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşəbbüsü ilə sabah saat 16:00-dən 18:00-dək Hannover şəhərində erməni terroruna qarşı etiraz aksiyası keçiriləcək.