Ermənistan beynəlxalq sanksiyaya məruz qala bilərmi?

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb.

Beynəlxalq hüquq bunun üçün bütün imkanları yaradır

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulması nəticəsində kəndin 1967-ci il təvəllüdlü sakini Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü, 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olub. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. Ekspertlərin qənaətinə görə, Ermənistan dövlətinin bu çirkin hərəkətləri beynəlxalq hüquqi aktlarına ziddir. Belə ki, ermənilərin təxribat xarakterli bu addımı Ermənistanın özünün də 1992-ci ildə ratifikasiya etdiyi BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasını, "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" IV Cenevrə Konvensiyasını, Birləşmiş Millətlər Təşkilatının "Ümumdünya İnsan Haqları Bəyannaməsi"ni, "Vətəndaş və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktı, "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyanı, "Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi" Bəyannaməsini kobud surətdə pozur. Belə halda Azərbaycan beynəlxalq hüququn gücündən istifadə edib Ermənistana qarşı hansısa sanksiyaların tətbiqinə nail ola bilərmi?  Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, münaqişənin sülh yolu ilə məşğul olan ATƏT-in Minsk qrupunun təsir mexanizmləri yoxdur. Birləşmiş Millətlər Təşkilatı (BMT) yeganə qurumdur ki, onun sülhə məcbur etmə siyasəti var. Amma ATƏT və digər beynəlxalq təşkilartların nizmanaməsi imkan vermir ki, onlar hansısa ölkəni sülhə məcbur etsin.  Bu baxımdan məsələ doğurudan da gərgindir. Sabiq nazir bildirib ki, Azərbaycan məsələləri sülh yolu ilə həll etmək istəyir, amma  Ermənistan hər zaman buna maneəçilik törədir və demək olar ki, sülh prossesini tam şəkildə pozur: "Sadəcə olaraq danışıqlar prosesi gedir. Təbii ki, bu da Azərbaycan tərəfindən qəbul olunmur. Ermənistan tərəfinin məqsədi təmas xəttinin sərhəd olmasıdır. Təəssüflər olsun ki, Minsk qrupunun həmsədrləri də buna qarşı çıxmırlar". T.Zülfüqarov qeyd edib ki, Azərbaycan tərəfi cəbhədə baş verən son hadisədən sonra Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir: "Hesab edirəm ki, Azərbaycan ATƏT-in Minsk qrupu ilə münasibətləri bir müddət dayandırmalı, Vyana görüşündən imtina etməlidir. Həmçinin cəbhə bölgəsində mülki əhalinin təhlükəsizliyi təmin edilməsə, danışıqları bərpa etmək niyyətində olmayacağını açıqlamalıdır. Şərtlərdən biri də erməni işğalçı ordusunun cəbhə xəttində indiki mövqeyindən 5-10 kilometr geriyə çəkilməsi ilə bağlı olmalıdır. Yalnız bunlar həyata keçirildikdən sonra biz görəcəyik ki, Ermənistan tərəfi danışıqlara hazırdır. Hesab edirəm ki, bu şərtləri irəli sürməliyik. Həmsədrlər də bu tələbləri təmin etməlidirlər. Fikrimcə, Azərbaycan tərəfi bunları etsə, daha məqsədəuyğun olar".

"Ekoloq-2010" Ekoloji Maarifləndirmə İstimai Birliyinin sədri Səlim Balayev bildirib ki, iyul ayının 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisini və mülki obyektlərini atəşə tutması nəticəsində 2 yaşlı Quliyeva Zəhranın və onun nənəsi Quliyeva Sahibənin şəhid olması, digər mülki şəxsin yaralanması və mülki obyektlərə ziyan vurulması bir daha Ermənistan dövlətinin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur.  Onun sözlərinə görə, sivil insanlara qarşı törədilmiş  bu vandalizm aktı Ermənistanın növbəti dəfə beynəlxalq hüququ, eləcə də insan hüquqlarına dair qəbul edilmiş bütün beynəlxalq konvensiyaların tələblərini heçə saydığını təsdiqləyir. Odur ki, Azərbaycan dövləti də mülki vətəndaşlarına qarşı törədilən belə qeyri-qanuni addımları aidiyyəti beynəlxalq təşkilatlar və dairələr səviyyəsində araşdırmaq hüququna malikdir:"Azərbaycan tərəfi indiyədək sülpərvər siyasət nümayiş etdirərək, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çalışıb. Ermənistan hakimiyyəti isə  əksinə,Azərbaycanın humanist mövqeyindən sui-istifadə edərək status-kvonu saxlamağa, bununla da ölkədəki kriminal rejimin ömrünü uzatmağa səy göstərii. Lakin bu hal sonadək davam edə bilməz. Düşünürəm ki, Azərbaycan tərəfi bütün beynəlxalq təşkilatlar- ATƏT, AŞ, BMT və İƏT kimi nüfuzlu beynəlxalq təşkilatların tribunalarından istifadə edərək Ermənistana qarşı beynəlxalq sanksiyaların tətbiq olunmasına nail olmalıdır". Ötən ilin aprelində  Azərərbaycan Ordusunun Zəfər döyüşlərini xatırladan  S. Balayev,  həmin dövrdə Ermənistan hakimiyyətinin çətin duruma düşdüyünü, yalvarmaq üçün ünvanlar axtardığını qeyd edib. "Unutmamalıyıq ki, Dağlıq Qarabağ problemini heç bir beynəlxalq təşkilat bizim əvəzimizə həll etməyəcək. Problemin həlli yalnız və yalnız Ordumuzun gücündə, qazanacağımız yeni-yeni ZƏFƏRlərdədir. Problemin həlli yalnız və yalnız Ordumuzun gücündə, qazanacağımız yeni-yeni ZƏFƏRlərdədir. Nə qədər belə uğurlu döyüş əməliyyatlarımız çox olacaq, bir o qədər də Ermənistan hakimiyyətini danışıqlar masasına tez otuzdura biləcəyik",-deyə  QHT sədri vurğulayığb.

Diaspor Jurnalistlər Birliyinin sədri Fuad Hüseynzadə qeyd edib ki, ermənilər özlərini tanıyandan ən böyük düşmənləri kimi türkləri görüblər: "Ermənilər birinci dəfə deyil, Azərbaycanın dinc sakinlərinə qarşı belə qətil hadisəsi törədirlər. Hər belə soydaşımızın öldürlməsi bizə bir daha imkan verir ki, Ermənistanı beynəlxalq aləmdə ifşa edək. İnformasiya savaşında erməni təxribatlarının, yalan məlumatların qarşısının alınmasında və ifşa olunmasında xarici medianın gücündən də yararlanmaq vacib amildir. Bu məsələni də beynəlxalq medianın gündəminə çıxarmaq lazımdır. Ayrıca Azərbaycan üzv olduğu beynəlxalq təşkilatlara Ermənistan ordusunun atəşi nəticəsində ölən 2 yaşlı Zəhranın ölümü ilə bağlı müraciətlər edə bilər. Xüsusən bu məsələ ilə diasporumuz səfərbər olmalıdır. Real və virtual aksiyaları durmadan davam etdirmək lazımdır. Erməni terrorizminin ifşa olunması dünya durduqca davam etməlidir. Ümumiyyətlə, ermənilərə qarşı mübarizə artıq bizlərin ümummilli vəzifəsinə çevirilməlidir. Hər birimiz bunu özümüzün vətəndaşlıq borcu kimi qəbul etməliyik. Bu iş nəinki aylar, heç illər, əsrlərlə bitməməlidir. Artıq bir şeyi bilməliyik nə qədər ermənilər varsa, onların bizə qarşı düşmənçiliyi də var".

Zəka

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31