Ali Radanın deputatı: "Ermənilər tərəfindən iki yaşlı uşağın öldürülməsi növbəti hərbi cinayətdir"
Azərbaycanın iki vətəndaşının, o cümlədən iki yaşlı uşağın öldürülməsi beynəlxalq ictimaiyyətin pislədiyi növbəti hərbi cinayətdir. Onun təşkilatçılarını isə hərbi tribunal gözləyir. Bu, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Maksim Kuryaçinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, bu faciə müxtəlif dondurulmuş münaqişələrdə status-kvonun qəbuledilməzliyini bir daha təsdiq edir.
7 İyul 2017 13:49 SiyasətAzərbaycanın iki vətəndaşının, o cümlədən iki yaşlı uşağın öldürülməsi beynəlxalq ictimaiyyətin pislədiyi növbəti hərbi cinayətdir. Onun təşkilatçılarını isə hərbi tribunal gözləyir. Bu, Ukrayna Ali Radasının Azərbaycanla parlamentlərarası əlaqələr qrupunun rəhbəri Maksim Kuryaçinin bəyanatında deyilir. Bəyanatda qeyd olunur ki, bu faciə müxtəlif dondurulmuş münaqişələrdə status-kvonun qəbuledilməzliyini bir daha təsdiq edir.
Bəyanatda deyilir: "Ukraynalılar həlak olanların yaxınlarına başsağlığı verir və Azərbaycan xalqını ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə dəstəkləyir".
Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Trend.az