Azərbaycanın tarazlaşdırılmış siyasəti kimləri narahat edir?

Keçən ilin aprel ayında cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata Azərbaycan Silahlı Qüvvələrinin verdiyi layiqli cavab, eləcə də uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsindən sonra istər yaxın qonşu, istərsə də uzaq ölkələr, həmçinin beynəlxalq təşkilat və qurumlar tərəfindən Azərbaycana olan münasibət dəyişməyə başladı.

Keçən ilin aprel ayında cəbhə xəttində baş verən erməni təxribatı və bu təxribata Azərbaycan Silahlı Qüvvələrinin verdiyi layiqli cavab, eləcə də uzun illər işğal altında olan bir neçə strateji əhəmiyyətli yüksəkliklərin düşməndən azad edilməsindən sonra istər yaxın qonşu, istərsə də uzaq ölkələr, həmçinin beynəlxalq təşkilat və qurumlar tərəfindən Azərbaycana olan münasibət dəyişməyə başladı. Bu dəyişiklik isə əsasən iki istiqamətdə, müsbət və mənfi istiqamətdə özünü büruzə verdi. Azərbaycana dost, qardaş ölkələr ordumuzun əldə etdiyi nailiyyətdən sevindi, haqq işi uğrunda apardığımız mübarizəni dəstəklədi, bizə bəraət qazandırdı. Lakin vaxtaşırı Ermənistanın yanında olan, onu himayə edən, İrəvanın işğalçılıq və terrorçuluq siyasətinə dəstək nümayiş etdirən təşkilat və dövlətlər isə Azərbaycanın Aprel qələbəsini qısqanclıqla qarşıladı. Hətta baş vermiş erməni təxribatına görə utanmadan rəsmi Bakını günahkar çıxaranlar da oldu.

Aprel hadisələrindən sonra Azərbaycana münasibəti dəyişən ölkələrdən biri də şimal qonşumuz Rusiya Federasiyası oldu. Əslində Kremlin Azərbaycana xoş münasibəti tarixən olmayıb. Moskva yalnız iqtisadi və regional maraqlarının təmin olunması baxımından Azərbaycanla müəyyən münasibətlər qurmağa meyil göstərib. Bu maraqlar təmin olunmadığı təqdirdə isə şimaldan ölkəmizə qarşı "soyuq küləklər" əsməyə başlayıb. Aprel müharibəsindən dərhal sonra Rusiyanın işğalçı ölkəyə "İsgəndər" raketləri, xeyli sayda hərbi texnika verməsi, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi, eləcə də digər bu kimi məqamlar deyilənləri təsdiqləyir. Artıq bir ilə yaxındır ki, Azərbaycana qarşı "şimal küləyi" əsir. Nəzərə alsaq ki, gələn il Azərbaycanda president seçkiləridir, o zaman "şimal küləyinin" daha təsirli olacağı istisna edilmir. Bəs görəsən Rusiyanı belə davranış, mövqe ortaya qoymağa nə vadar edir?

Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədri müavini, politoloq Nazim Cəfərsoy hesab edir ki, rəsmi Moskva ilk növbədə Azərbaycanın tarazlıq siyasətinden narazıdır. Politoloqun sözlərinə görə, Rusiya-Azərbaycan münasibətlərindəki getdikcə artan gərginliyin bir-birini dəstəkləyən 4 əsas səbəbi var: "Birincisi, Rusiyanın tarixi və hamıya yaxşı məlum olan imperyal ambisiyalari, ikincisi, şimal qonşumuzun qlobal və regional siyasətdə son dövrdə xüsusiylə güclənməsi. Bundan başqa Aprel müharibəsində Azərbaycanın Qarabağ problemini təkbaşına və sərt güc istifadə edərək həll etmə imkanına malik oldugunun aydın şəkildə ortaya cıxması da Rusiyanın Azərbaycana olan münasibətinin dəyişməsinə səbəb olan amillər sırasındadır. Həmçinin 2018-ci ildə Azərbaycandakı prezident seçkilərini də bu sıraya aid etmək mümkündür". Nazim Cəfərsoy bildirib ki, mövcud sərtlərdə rəsmi Bakınınn ənənəvi tarazlıq siyasəti artıq Moskvanın maraqlarına cavab vermir: "Belə ki, Rusiyanın zəif olduğu zamanlarda rəsmi Bakının bu tarazliq siyasəti rəsmi Moskvanın zəiflədiyi regionu Qərbin, Türkiyənin və ya İranın doldurmasına mane olmaq mənasını daşıyırdı. Bu da o günün şərtlərində Moskvanın maraqlarına cavab verirdi. Artiq vəziyyət Rusiya baxımından dəyişib.

Yuxarida qeyd etdiyim kimi hazırda Rusiya həm qlobal, həm də regional mənada özünü daha güclü və hucumda hiss edir. Bu yanaşma Rusiyanin Qafqaza və Azərbaycana dair tarixi imperyal ambisiyaları ilə də birləşincə rəsmi Bakının tarazlıq siyasəti Moskva üçün regionda onun təsirinin güclənməsinə mane olan əngəl olaraq görülməyə başlayıb. Azərbaycanın Rusiyanın bütün "inteqrasiya" təkliflərinə məsafəli yanaşması rəsmi Moskvanı qıcıqlandırır. Aprel müharibəsinin nəticələri də Azərbaycanın özünə inamını artırıb və bu da Moskvanı narahat edir. Rəsmi Moskva bu vəziyyətdə 2018-ci ildəki prezident seşkiləri ərəfəsində rəsmi Bakının tarazlıq siyasətində öz lehinə müəyyən dəyişikliklər yaratmağa çalışır. Azərbaycan hakimiyyətinin hələlik buna müqavimət göstərdiyini demək olar. Mövcud şərtlərdə Rusiya-Azərbaycan münasibətlərindəki bu gərginliğin müxtəlif yeni gündəmlərlə o seçkilərə qədər davam etməsi sürpriz olmaz". Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini onu da əlavə edib ki, ancaq rəsmi Bakının Moskvaya bu müqavimətinin davamlılılıgı və Azərbaycan-Rusiya münasibətlərində gərginliyin davamı daxili və xarici amillərlə yaxından əlaqəli olacaqdır. Rəsmi Bakı ənənəvi olaraq regionda güclənən aktyoru digərləri ilə tarazlamışdır. Bu gun bu güclənən aktyor Rusyadır və bu mənada xarici amillər olaraq Birləşmiş Ştatlar, Avropa Birliyi, Türkiyə, İran və hətta Çinlə münasibətlər Azərbaycan ücün mühüm əhəmiyyət daşıyır".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31