Gündəm

Avropa Şurasının nümayəndə heyəti Fondun qonağı olub

7 İyul 2017 14:52

İyulun 7-də Avropa Şurasının "Milli azlıqların müdafiəsi haqqında" Çərçivə Konvensiyası üzrə Məşvərətçi Komitəsinin nümayəndə heyətinin üzvləri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun ofisində icraçı direktor Vüqar Səfərli və Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüşüblər.

Salam apar balaca mələk... -VİDEO

7 İyul 2017 14:53

Azərbaycan Uşaqlar Birliyinin nəznində fəaliyyət göstərən Uşaq Sığınacağı-reinteqrasiya mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Vasif Akifli erməni vəhşiliyi nəticəsində Füzuli rayonu Alxanlı kəndində amansızcasına qətlə yetirilən iki yaşlı  Zəhra Quliyevanın məzarını ziyarət edib. Vasif Akifli sosial şəbəkə vaistəsilə öz təəsüratlarını bölüşüb. “İki gündür mən Zəhrayam deyirdim... Utandım... gəlib görəndə anladım. Anladım ki, mən nəinki Zəhra heç bu kəndin bir sakini belə deyiləm... Utandım! Balaca məzarından, yasındakı izdihamdan, rəsmindəki baxışından utandım... Mən Zəhra ola bilmərəm... Zəhra olmaq üçün mənə də mərmi dəyməlidir, mənim də nənəm ölməlidir, atam yası - yasa qatıb, anam ağı deməlidir... Mənim də qonşularım başında qara yaylıq şaxsey deməlidir. Mən Zəhra ola bilmərəm... vallah ola bilmərəm... Sən nələr çəkdin körpə bala... nələr çəkdirdin... Hamı Sən deyir... Sən ağlayır... Sənə qıyanın Zəhrasınamı diləyim bu dərdi? Səni vuranın balasınamı diləyim bu şəri... Ağrıdır Zəhra!!!

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət beynəlxalq təşkilatlara müraciət etdi

7 İyul 2017 14:49

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndində törətdikləri faciə ilə bağlı bəyənat yayıb. “Olaylar” ın verdiyi xəbərə görə, bəyənatda bildirilir ki, Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur.

Beynəlxalq birlik  Azərbaycanın mövqeyini dəstəkləyir

7 İyul 2017 14:32

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə zonasındakı qoşunların təmas xəttində Ermənistan hərbi birləşmələri 2017-ci il iyulun 4-də axşam saatlarında növbəti dəfə atəşkəs rejimini pozaraq, dinc azərbaycanlı əhalinin yaşadığı kəndləri iriçaplı silahlardan atəşə tutmuşdur.

Rahat uyu, Zəhra...

7 İyul 2017 14:25

"Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəs rejiminin yenidən pozulması ABŞ-ı narahat edir. Bu pozulma mülki şəxslər arasında tələfata, o cümlədən 2 yaşlı uşağın ölümünə səbəb olub. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Eyni zamanda münaqişə tərəflərini atəşi saxlamağa və danışıqlar masası arxasına əyləşməyə çağırırıq. Bu münaqişə beynəlxalq hüquq çərçivəsində həllini tapmalıdır".

Nəsimi rayon məktəblilərinin maraqlı yay tətili günləri

7 İyul 2017 14:22

Cəmiyyətin həssas və kövrək zümrəsi olan uşaqlar ölkəmizdə daim yüksək qayğı, diqqət və nəvazişlə əhatə olunublar. Azərbaycan cəmiyyəti həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaratmağa çalışıb.

İspaniyada qanlı festival başladı

7 İyul 2017 14:18

Bu gün İspaniyanın cənubunda yerləşən Pamplona şəhərində “San Fermin” festivalı start götürüb. Bu festivalda insanlar buğalarla birlikdə küçələrdə qaçaraq əylənirlər. Hər il mütəmadi olaraq keçirilən festivalda iştirakçılar başdan-ayağa ağ geyim geyinir və qırmızı qalstuk taxır. İspanların buğalarla yarış ənənəsinin kökü 16-cə əsrə dayanır. Onlar bu festivalı şəhərin qoruyucu tanrısı kimi tapındıqları Əziz Ferminin xatirəsini yad etmək üçün təşkil edirlər.

Gəlin toya gedəndə həlak oldu - VİDEO

7 İyul 2017 14:15

Rouzmariya Nasimente da Silva uşaqlıqdan arzulayırdı ki, toyu qeyri-adi, yaddaqalan olsun. O, nikah zamanı kilsənin qarşısına helikopterdə enmək istəyirdi.  Braziliyanın San-Paulu şəhərində yaşayan 32 yaşlı Rouzmariyanın toyu elə həmin şəhərdə oldu. Rouzmariya sevgilisi Uderli Damasçeno ilə ailə quracaqdı.

Arye Qut: "Həlak olan azərbaycanlı qız müasir erməni faşizminin qurbanı olub"

7 İyul 2017 14:13

İyulun 4-ü Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində baş vermiş dəhşətli insanlıq faciəsindən sonra təmas xəttindəki məsuliyyət bütünlüklə Serj Sarkisyanın cinayətkar rejiminin üzərinə düşür.

"İnter" və "Zirə"nin oyunlarının vaxtı və yeri dəyişdirildi

7 İyul 2017 14:12

Azərbaycan klublarının Avropa Liqasının II təsnifat mərhələsindəki matçlarının vaxtı və yeri müəyyənləşib. UEFA klublarımızın oyunlarının təqvimində dəyişiklik edib. Çünki təqvimə əsasən, hər 3 komandamız - "Qəbələ", "Zirə" və "İnter" ilk oyununu evdə keçirməli idi. Ancaq qitə futbol qurumu "Zirə"nin ilk qarşılaşmanı səfərdə oynamasını qərara alıb. Hazırda Lüksemburqda olan paytaxt təmsilçisi bu gün bərpa məşqi keçdikdən sonra "Astra" ilə ilk oyun üçün birbaşa Rumıniyaya yollanacaq. Komanda iyulun 13-dəki matça qədər məşqlərini məhz həmin ölkədə keçəcək.

Qəddafinin oğluna Liviyada iş veriləcək?

7 İyul 2017 14:04

Keçmiş Liviya lideri Muammar Qəddafinin azadlığa çıxmış oğlu Seyf əl-İslam Qəddafi müasir Liviyanın qurulmasıdna heç bir rol oynamayacaq. Bunu Liviya Milli Ordusunun rəsmi nümayəndəsi polkovnik Əhməd əl-Mismari deyib. Onun sözlərinə görə, bununla belə Qəddafinin oğlunun azadlığa çıxması Liviyada siyasi böhranı daha da dərinləşdirəcək.

“PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb

7 İyul 2017 14:02

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donnmasına məxsus “PSK 48” sərnişin gəmisi tərsanəyə qaldırılıb. “OLAYLAR”-ın Xəzər Dəniz Gəmiçiliyinə istinadən verdiyi xəbərə görə, tərsanə təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda aparılır. Təmir müddətində gəminin kinqston və kinqston qutuları sazlanacaq. Sualtı və suüstü hissələri pas və dəniz bitki örtüyündən təmizlənərək rənglənəcək. Həmçinin “PSK48” -in sükan və avar qurğularının təmiri də nəzərdə tutulub. İşlər başa çatandan sonra gəmi registr yoxlanışından keçiriləcək.

Metroda qatarlar yay qrafiki ilə hərəkət edəcək 

7 İyul 2017 14:00

Yay mövsümünün başlanması Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik edilməsi zərurətini yaradır. Çünki tədris mövsümünün başa çatması, həmçinin paytaxt sakinlərinin yay istirahətini şəhərdən kənarda keçirmələri metropolitendə sərnişin axınının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur.

Regionda sabitliyin təmin olunmasının yeganə yolu Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır

7 İyul 2017 13:59

Gürcüstan Azərbaycanlılarının Milli Konqresi Ermənistan Silahlı Qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslərin - Quliyeva Sahibə İdris qızının, onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızının həlak olması, Quliyeva Sərvinaz İltifat qızının isə yaralanması faktı ilə bağlı bəyanat yayıb. Diasporla İş üzrə Dövlət Komitəsindən “OLAYLAR”-a daxil olan bəyanatda Ermənistan ordusunun növbəti təxribatının Gürcüstanda yaşayan azərbaycanlılarının narahatlığına səbəb olduğu bildirilib. Bəyanat BMT, ATƏT, AŞPA, Avropa İnsan Haqları Məhkəməsinə, ATƏT-in Minsk Qrupunun Rusiyalı həmsədri İqor Popova, amerikalı həmsədri Ceyms Uorlikə, fransalı həmsədri Pier Andreuya və Avropa Parlamentinə göndərilib.

Əhalimizin tam yarısı siqaret çəkir

7 İyul 2017 13:58

“Aparılan hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 47%-i siqaret çəkir. Onlar orta hesabla gündəlik 15 siqaret çəkir”. “Olaylar” xəbər verir ki, bunu tütün məhsullarına qarşı verginin tətbiqi ilə bağlı Bakıda keçirilən seminarda Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib. N.H.Naqvinin sözlərinə görə, tütündən istifadə həmçinin ölkə üzrə orta yaş həddini də azaldır: “Neft gəlirlərinin azaldığı bir vaxtda bu sahənin vergiyə cəlb edilməsi həm siqaretdən istifadəni azaldır, həm də büdcə daxilolmalarını artırır. Hazırda iqtisadi şoklar nəticəsində yoxsulluq dərəcələri artır. Tütün məmulatlarına verginin tətbiqi ilə bağlı islahatlar aparılmalıdır”.