Gündəm
Azərbaycanda və bəzi xarici ölkələrin məscidlərində Füzulidə öldürülən dinc sakinlər anılıb
Bu gün Azərbaycanda və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) xaricdəki nümayəndəliklərində cümə xütbəsi ermənilərin qətlə yetirdiyi dinc Füzuli sakinlərinin xatirələrinə həsr olunub, erməni silahlılarının qətlə yetirdiyi 2 yaşlı Zəhra və nənəsi anılıb.
Dünya Gənc Türk Yazarlar Birliyinin bəyanatı
Mülki insanların, xüsusilə də körpələrin qətlə yetirilməsi humanizmə, insan hüquqlarına və demokratik prinsiplərə ziddir. Azərbaycan artıq 20 ildən çoxdur ki, Ermənistanın hərbi təcavüzkarlıq siyasətindən, qanlı terror aktlarından əziyyət çəkir.
Misirli alim AYB – ə üzv seçildi
Misirli alim, Ayn Şəms Universitetinin dosenti, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami ElAydi Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. Səfirlikdən “Olaylar” – a bildirilib ki, ona fəxri üzvlük vəsiqəsini Yazıçılar Birliyinin sədri, yazıçı Anar təqdim edib. Yazıçı Anar Misir və Azərbaycan arasında mədəni və ədəbi əlaqələrin inkişafı və genişləndirilməsi sahəsində Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbərinin apardığı işləri yüksək qiymətləndirmiş və uğurlar arzuladı.
Bina uçdu
İtaliyada Neapol şəhərinin yaxınlığında 5 mərtəbəli bina uçub. Binanın ilk 3 mərtəbəsində yaşayış olmayıb. İlkin məlumata görə 7 nəfər dağıntılar altında qalıb. Hadisə yerinə xilasedicilər cəlb olunub.
Sumqayıt sakinindən tapança və narkotik götürülüb
Sumqayıt şəhər sakininin idarə etdiyi avtomobilə baxış zamanı qaz tapançası, 1 ədəd patron darağı və 5,79 qr marixuana aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhər sakini Elnur Quliyevin idarə etdiyi “Azsamand” markalı avtomobilə baxış zamanı “Valero-Combat” markalı qaz tapançası, 1 ədəd patron darağı və 5,79 qram marixuana aşkar edilərək götürülüb.
Polis narkotik əməliyyatı keçirdi
Daxili İşlər Nazirliyi iki rayonda narkotik əməliyyatı keçirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Bundan başqa, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oxud kəndi ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əhmədiyə Salamov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Təyyarədə 100 ədəd telefon aşkar edildi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, mobil telefonların Dubay-Tbilisi-Bakı marşrut xəttindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi barədə əməliyyat məlumatına əsasən, Tbilisi-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı nəzarətə götürülüb. Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan vətəndaş “Yaşıl kanal” buraxılış sistemindən istifadə edib gömrük nəzarəti zonasından keçərkən gömrük əməkdaşları tərəfindən geri qaytarılıb və “Qırmızı kanal”a yönləndirilib.
Qırğız səfirinin diplomatik fəaliyyəti başa çatıb
Xarici işlər naziri Elmar Məmmədyarov Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Aycigit Buranovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən “Olaylar”a verilən məlumata görə, səfir Aycigit Buranov diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb. Nazir Elmar Məmmədyarov səfir Aycigit Buranova gələcək fəaliyyətində uğurlar arzu edib.
Cavid Qurbanov avstriyalı depatatlara Zəhradan danışdı
Avstriya ilə dostluq qrupunun rəhbəri Cavid Qurbanov ölkəmizdə səfərdə olan Avstriya Parlamentinin deputatları ilə görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, Cavid Qurbanov qonaqları səmimi salamlayaraq bildirdi ki, Azərbaycanla Avstriya əlaqələri hələ ilk Demokratik Respublikanın mövcud olduğu vaxtlardan da qədimdi.
Ziyafət Əsgərov: Beynəlxalq ictimaiyyət ikili standartlardan əl çəkərək bu hadisəyə münasibət bildirməlidir
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avstriya parlamentinin nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdən “Olaylar”a verilən məlumata görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Ziyafət Əsgərov ətraflı məlumat verib.
Ermənistanın Azərbaycanın Alxanlı kəndini atəşə tutması təxribatdır - Minsk qrupunun 2-ci BƏYANATI
ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən növbəti erməni təxribatı ilə bağlı 4 iyul tarixində verilmiş bəyanatın ardınca ikinci bəyanat verilib.
Səyyar ASAN xidmət İsmayıllı və Lerikdə
Səyyar ASAN xidmət 7 – 31 iyul tarixində İsmayıllı və Lerik rayonlarında vətəndaşlara səyyar formada xidmət göstərəcək. Səyyar avtobuslar 28 avqust Xaçmaz şəhərində, 8 avqust Yevlax rayonunun Xaldan şəhərində, 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində, səyyar “ASAN qatar” isə 19 iyul Balakən şəhərində vətəndaşların xidmətində olacaqlar. Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
ATƏT PA Azərbaycan və Ermənistanı dərhal substantiv danışıqlara başlamağa çağırdı
ATƏT Parlament Assambleyasının Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Minskdə keçirilən bugünkü iclasında “ATƏT regionunda Sülh və Rifah naminə Qarşılıqlı İnam və Əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihəsi müzakirə edilib.
Türkiyə QHT-ləri Ermənistanın təxribatını pisləyən birgə bəyanat yaydı
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən qeyri hökumət təşkilatları 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması ilə bağlı bəyanat qəbul edib.
Səlim Müslümov 5 rayonun sakinləri ilə görüşüb
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Astara rayonunda bu rayonun və Lənkəran, Yardımlı, Masallı, Lerik rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.














