Polis narkotik əməliyyatı keçirdi

Daxili İşlər Nazirliyi iki rayonda narkotik əməliyyatı keçirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Bundan başqa, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oxud kəndi ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əhmədiyə Salamov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyi iki rayonda narkotik əməliyyatı keçirib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Səmədova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 9 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Bundan başqa, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oxud kəndi ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Əhmədiyə Salamov tərəfindən kultivasiya yolu ilə yetişdirilən 31 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31