Türkiyə QHT-ləri Ermənistanın təxribatını pisləyən birgə bəyanat yaydı

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən qeyri hökumət təşkilatları 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması ilə bağlı bəyanat qəbul edib.

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) təşəbbüsü ilə Türkiyədə fəaliyyət göstərən qeyri hökumət təşkilatları 2017-ci il iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində mülki şəxslər Sahibə Quliyevanın və nəvəsi 2 yaşlı Zəhranın həlak olması ilə bağlı bəyanat qəbul edib. "OLAYLAR"-ın xəbərinə görə, bəyanat insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara göndərilib. Sənəddə bildirilir ki, Ermənistan Azərbaycan ərazisinin beşdə birini işğal edən, Xocalı soyqırmı da daxil olmaqla dəfələrə soyqırımı törətmiş əliqanlı bir dövlətdir, günahsız, müdafiəsiz, mülkü şəxsləri öldürməyi adət edib. Qeyd olunub ki, Ermənistan dövləti işğal etdikləri topraqlardan qeyd-şərtsiz çıxarılmayınca bölgədə sülh və sabitlyin bərqərar olması mümkün olmayacaq.

Bəyanatda ikili standartlı siyasət yürüdən dövlətlərin Ermənistana havadarlıq etməsi pislənilib, dünyanın sivil, sülhpərvər dövlətlərindən baş vermiş bu faciəyə ədalətli qiymət verməsi tələb olunub. Qətnaməni Türkiyənin 40- yaxın QHT-si imzalayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31